Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə69/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   65   66   67   68   69   70   71   72   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Rəyçi: (imza) Əliyev S.A.
"Ümumi və idman fiziologiyası" kafedrasının
dosenti, biologiya elmləri namizədi
26 aprel 2017-ci il
25. SƏRƏNCAM. "Sərəncam" fars mənşəli sər (baş) və əncam (son, nəhayət, aqibət) sözlərinin birləşməsindən düzəlmişdir. Əmr, göstəriĢ, tədbir görmə, həll etmə anlamındadır. Nümunə:
N.P.Həsənovanın dəftərxana şöbəsinin
müdiri vəzifəsinə təyin edilməsi haqqında
Azərbaycan DBTİA rektorunun
Sərəncamı
Ştat cədvəlinə uyğun olaraq qərara alıram:
Nina Petrovna Həsənova Akademiyanın dəftərxana şöbəsinin müdiri təyin edilsin.
Azərb. DBTİA-nın
rektoru (imza) A.A.S.
10 yanvar 2017-ci il


26. TELEFONOQRAM. "Telefonoqram" yunanca tele(uzaq), fone(səs), qramme (yazı) sözlərinin birləşməsindən düzəlmişdir. Müəyyən bir məlumatı, hadisəni telefonla lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə olunur. Telefonoqrama verilən tələblər:
1. Telefonoqramın nömrəsi göstərilməlidir;
2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır;
3. Çağırılan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir;
4. Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifəsini, ad və soyadlarını, telefon nömrəsini, ayın tarixini dəqiq yazmalıdırlar;
Nümunə:
Telefonoqram №5 Azərb. DBTİA-nın gimnastika kafedrasının müdiri A.A.S.-ə Sizin, Bakıda 2017-ci il may ayının 28-də keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının mərhələ yarışlarında beynəlxalq dərəcəli iki hakimlə Heydər Əliyev adına İdmanKonsert Kompleksində olmağınız qərara alınmışdır. Yarışlar 28 may 2017-ci il saat 1000 -da başlanır. Azərbaycan Respublikası Gimnastika Federasiyası. Telefonoqram Gimnastika Federasiyasının baş katibi F.Qayıbov tərəfindən 16 may 2017-ci il saat 1030 dəqiqədə vuruldu. Tel: 493-95-00 Telefonoqramı qəbul etdi: Azərb. DBTİA gimnastika kafedrasının dosenti A.A.S. 16 may 2017-ci il saat 1040 dəqiqədə. Tel: 564-89-72


27. TELEQRAM. "Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır. Teleqramın yazılış forması:
1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir;
2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır;
3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır.
Nümunə:
Teleqram
Tovuz rayonu, Quşçular kəndi, Təzəxan müəllim Sultanova Sizi Novruz bayramı münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin