Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə70/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   66   67   68   69   70   71   72   73   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Çingiz Əlibəyli
keçmiş qrup yoldaşınız


28. TƏQDİMAT. "Təqdimat" ərəb mənşəli "təqdim" sözünün cəm formasıdır. Təqdimatda yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırmaq, ona müraciət etmək, kiməsə mükafat və ya müəyyən vəzifə vermək nəzərdə tutulur.
Nümunə:
Azərbaycan Milli İdman Növləri Assosiasiyası
və Azərbaycan Zorxana İdman Federasiyasının
prezidenti cənab X.K.Qurbanova Azərbaycan
Respublikası Güləşmə Federasiyasının
məşqçisi A.Cəfərovdan


Təqdimat
13-17 dekabr 2017-ci il tarixdə Almaniya Federativ Respublikasının Frankfurt şəhərində Zorxana və pəhləvani güləşi üzrə 18 ölkənin iştirak etdiyi II Avropa çempionatı keçirilmişdir. Dünya xalqlarının milli güləşmə idmanı üzrə keçirilən bu çempionatda ölkəmizi İ Dünya Kubokunun qalibləri olan güləşçilərimiz layiqincə təmsil etmişlər. İdmançılarımız pəhləvan güləşi, kəbbadə, çərxi surət, çərxi çəməni, mil bazı və kom növləri üzrə qazanılan qızıl medalların sayına, eləcə də komandalı və fərdi hərəkətlərin cəminə görə Avstriya, Belçika və Almaniya kimi ölkələrin komandalarını geridə qoyaraq ümumi komanda hesabında birinci yeri tutmuşdur. Qızıl medallar əldə etmiş bu idmançılardan nümunəvi davranış, bacarıq və böyük əzmkarlıq göstərmiş adları çəkilən üç güləşçiyə əmrlə təşəkkür və pul mükafatı verməyinizi xahiş edirəm:
1. Cavadov Vüsal Yaşar oğlu
2.Qurbanov Vüqar Ağayusif oğlu
3. Orucov Xəyyam Hüseyn oğlu

Azərbaycan Respublikası Güləşmə


Federasiyasının məşqçisi:(imza) A.Cəfərov 20 dekabr 2017-ci il


29. TƏLƏBNAMƏ. "Tələbnamə" ərəb mənşəli tələb (istəmə, tələb etmə) və fars mənşəli namə (yazı, məktub) sözlərinin birləşməsindən yaranmışdır. Bir şeyin tələb edilməsi, bir işin görülməsi, müəyyən şeyin istənilməsi və ya bir adamın sərəncama göndərilməsi haqqında yazılı rəsmi xahişdir.
Nümunə:
Bakı şəhər Təhsil İdarəsinin
müdiri cənab T.Ə.İsmayılova
Bakı şəhəri 158 saylı məktəbin direktorundan


Tələbnamə
Məktəbdə bədən tərbiyəsi dərslərini səmərəli keçirmək üçün aşağıda adları çəkilən inventarın alınmasına maliyyə vəsaiti ayrılmasını xahiş edirik:
1. Futbol topu - 5 ədəd
2. Güləşmə xalçası - 2 ədəd
3. Voleybol toru - 1 ədəd
4. Stolüstü tennis kompleksi - 1 ədəd.

Nəsimi rayonu 158 saylı ümumtəhsil


orta məktəbin direktoru: (imza) A.A.S.
6 mart 2017-ci il


30. TƏLİQƏ. "Təliqə" ərəb mənşəli "əlaqə" sözündəndir, rəsmi məktub mənasındadır. Bir idarənin başqa bir idarəyə, təşkilata yaxud vəzifəli bir şəxsə rəsmi xarakterli müraciət formasıdır. Təliqə, adətən, yüksək vəzifəli şəxsə, idarəetmə orqanlarının aidiyyatı olan təşkilatın ünvanına göndərilir. Təliqənin sol küncündə idarənin ştampı, ştampda idarənin adı, ünvanı, tarix və göndərilmə nömrəsi qeyd olunur.
Nümunə:

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin