Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə72/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   69   70   71   72   73   74   75   76   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Tərcümeyi-hal
Mən, Əliyev Məmməd Həsən oğlu, 21 dekabr 1999-cu ildə Bakı şəhərində (İsmayıllı rayonunun Mücü kəndində) anadan olmuşam. 2005-ci ildə Bakı şəhərindəki 150 saylı məktəbin birinci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbi bitirmişəm. Həmin ildə də ali təhsil almaq üçün sənədlərimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına vermişəm. Əvvəlcə test, sonra da qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib bura daxil olmuşam. Hazırda "İdman təkmübarizliyi" fakültəsinin ikinci kursunda oxuyuram. Ailəmiz dörd nəfərdən ibarətdir:
Atam-Kərim Məmməd oğlu Əliyev 1965-ci ildə İsmayıllı rayonunda anadan olmuş, 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak etmiş, yaralanmış, II dərəcəli müharibə veteranıdır. Hazırda pensiyaçıdır.
Anam-Ofelya Cümşüd qızı Əliyeva 1970-ci ildə İsmayıllının Sülüt kəndində anadan olmuşdur. O, Bakı Qızlar Seminariyasını bitirmişdir. Hazırda sinif müəllimi işləyir.
Bacım-Tünzalə Kərim qızı Əlisoy 2001-ci ildə anadan olmuşdur. Hazırda Bakı şəhərindəki 150 saylı məktəbin X sinfində oxuyur.
İmza: M.H.Əliyev
20 dekabr 2016-cı il


33. TƏŞƏKKÜR. "Təşəkkür" ərəb mənşəli "şükr" sözündən olub yaxşı bir işə görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır.
Nümunə:
Azərb. DBTİA üzrə
Əmr
12 may 2017-ci il Bakı şəhəri, №16
"İdman təkmübarizliyi" fakültəsinin aşağıda adları çəkilən tələbələrinə atletika üzrə respublika çempionatında birinci yeri tutduqlarına və ölkə rekordunu təzələdiklərinə görə təşəkkür elan edilsin:
1. Quliyev Ramil Eldar oğlu, TR 16-01 - ci qrup, 200 m məsafəyə qaçış üzrə
2. Əsədov Namiq Hüseyn oğlu, TA 16-10 - cu qrup, 200 m məsafəyə qaçış üzrə
3. Xasanov Həbib Xasan oğlu, TR 16-02-ci qrup, uzunluğa tullanma üzrə Azərb. DBTĠA-nın rektoru:(imza) A.A.S.


34. TÖHMƏT. "Töhmət" ərəb mənşəli söz olub "danlama", "qınama", "məzəmmət" mənalarını verir.Töhmət idarə, müəssisə və təşkilatlarda yazılı şəkildə əmək kitabçasına və işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir. Məktəblərdə şagirdlərə və tələbələrə daxili intizam qaydalarını pozduqlarına görə rəhbərlik tərəfindən yazılı və ya şifahi töhmət verilə bilər.
Nümunə:
Töhmət
Azərb. DBTİA üzrə
Əmr
29 aprel 2017-ci il Bakı şəhəri, №8
1. "İdman oyun növləri" fakцltəsinin OA 16-10-cu qrup tələbələrinə icazəsiz ardıcıl iki gün üçüncü dərsdən getdiklərinə görə töhmət elan edilsin.
2. "Əmr" Akademiyanın bütün qruplarında oxunsun. Əsas: "İdman oyun növləri" fakültəsinin dekanı A.A.S.-in məlumatı.
ADBTİA-nın rektoru: (imza) A.A.S.


35. VƏKALƏTNAMƏ. Vəkalətnamə "birdəfəlik etibarnamə" olub vəsiyyətnamə, etibarnamə kimi əqdin (bağlama, tərtib etmə, təşkil etmə) bir növüdür. Qiymətli bir əşyanı müəyyən yerdən almaq üçün lazımi şəxsə verilən sənəddir. Vəkalətnamə vəkil edilən şəxsin adına yazılarkən imza qoyulur və müəssisənin möhürü ilə, yaxud notarius tərəfindən təsdiq olunur. Yalnız şəxsiyyət vəsiqəsi ilə etibarlıdır.
Nümunə:
Vəkalətnamə
Mən, Masallı rayonu Şərəfə kənd sakini İzzət Adəm oğlu Seyfullayev adıma göndərilmiş qiymətli bağlamanı mərkəzi poçtdan almağı oğlum Fərhad İzzət oğlu Seyfullayevə (Şəxsiyyət vəsiqəsi AZE seriya №09876543, 16 dekabr 2015-ci ildə Masallı rayon DPŞ tərəfindən verilib) etibar edirəm.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin