Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə55/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   51   52   53   54   55   56   57   58   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Xeyriyyə konserti
Proqramda: Azərbaycan muğamları, xalq mahnıları və bəstəkarların populyar musiqi əsərləri Əldə olunan vəsait Qarabağ Veteranlarının Yardım Fondunun hesabına köçürüləcəkdir. Konsert saat 15.00-da Akademiyanın akt zalında olacaqdır. Biletlər foyedə satılır.


2. AKT. "Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə", "sənəd", "cinayət iĢi" deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti - hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması:
1. Aktın birinci səhifəsinin sağ tərəfindən yuxarı vəzifəli şəxsin təsdiq etdiyi qeyd verilir.
2. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.
3. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir.
4. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
5. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:
6. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.
7. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.
8. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.
Nümunə:
AKT
Təsdiq edirəm:
15 saylı məktəbin direktoru Həsənov H.İ.
28 noyabr 2018-ci il
20 noyabr Bakı, Yasamal rayon
Biz, aşağıda imza edənlər: filan vəzifə daşıyan İsmayılov İ., filan vəzifə sahibi Əliyeva G., filan iş sahibi İbrahimov H., Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədov K. bu aktı tərtib edirik ona görə ki, həqiqətən binada (məktəbdə, sinifdə, həyatyanı sahədə və s.) otaq yağışdan sonra (yanğından, zəlzələdən, köhnəldiyindən) uçmuş (tökülmüş, dağılmış), 10m 2 sahəyə 1000 (min) manat məbləğində ziyan dəymişdir. Akt həmin sahənin təmir olunmasına pul buraxılması məqsədilə tərtib olunmuşdur. Aktı tərtib etdilər:
1. (imza) İsmayılov İ. - vəzifəsi
2. (imza) Əliyeva G. - vəzifəsi
3. (imza) İbrahimov İ. - vəzifəsi
4. (imza) Əhmədov K. - vəzifəsi
Üzləşmə lazım gələrsə əlavə yazılır: Aktla tanış edildi (edildilər)
1. (imza) Göyüşov S. A. - vəzifəsi göstərilir
2. (imza) Qocayev C. Ç. - kimliyi göstərilir.



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin