Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə56/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   52   53   54   55   56   57   58   59   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

3. ANNOTASİYA. Annotasiya latınca "annotamik" sözündən olub "qeyd aparmaq", "əlavə etmək" deməkdir.
a) Annotasiyanın mahiyyəti-hər hansı bədii və ya elmi əsər, eləcə də dərslik, dərs vəsaiti, məqalə, tamaşa və s. haqqında qabaqcadan müəllifin və ya işə məsul şəxsin məlumatını, işin məzmununu qısa şəkildə şərh etməkdir.
b) Annotasiyanın məzmunu hissəsində əsərin müəllifi, janrı, həcmi, məzmunu haqqında məlumat verilir. Annotasiyada əsərə (kitaba) qısaca rəy də verilə bilər.
c) Forması. Vərəqin ortasında annotasiya sözü yazılır, ondan aşağıda müəllifin adı, atasının adı və soyadı göstərilir. Sonrakı sətirdə əsərin mövzusu, nəşriyyatın adı, nəşr ili, həcmi göstərilir.
Nümunə:
Annotasiya

Nazim Məcidov. "İdman nəzəriyyəsi". Dərs vəsaiti,


Bakı, 2016-cı il, 110 səh.
Pedaqoji elmlər namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Nazim Məcidovun dərs vəsaiti giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Müəllif dərs vəsaitinin giriş hissəsində tədqiq etdiyi mövzunun aktuallığından, tədqiqatın məqsəd və vəzifəsindən, obyekti və materialından, işin metodlarından, yeniliyindən, nəzəri və praktik əhəmiyyətindən bəhs edir. Vəsaitin birinci fəslində filan …, ikinci fəslində filan … və üçüncü fəslində (adı göstərilməklə) filan … məsələlərdən əhatəli danışılmışdır. Nəticədə müəllif öz dəlil və sübutlarını konkret şəkildə yekunlaşdırmışdır. Dərs vəsaiti Bədən Tərbiyəsi və İdman Akademiyasının ixtisasçı müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.


4. ARAYIŞ. Arayış türk mənşəli söz olub "arama", "axtarma" mənasındadır. Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya harada yaşaması, işləməsi, təhsil alması haqqında təşkilat (idarə, müəssisə) tərəfindən verilən rəsmi sənəddir. Təşkilatların bir-birinə ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir hadisənin gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər. Arayışın kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir. Arayışın özünəməxsus yazılma forması vardır: Vərəqin yuxarı hissəsində ortada böyük hərflə "Arayış" sözü yazılır. Vərəqin sol tərəfdən üst küncündə idarənin ştampı, ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur. Arayış sözünün altında nisbətən sağda, ştampın yanından mətnin məzmunu verilir, axırdakı sətirbaşında arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, soyadı (bütöv şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və möhür vurulur.
Nümunə:
Arayış
ŞTAMP yeri
Verilir Ağayev Məmmədhəsən Qulam oğluna
ona görə ki, həqiqətən o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyası “İdman təkmübarizliyi”
fakültəsinin ikinci kursunda (qrup TA 16-6) oxuyur.
Arayış Qusar rayon Hərbi Komissarlığına t
əqdim etmək üçün verilir.
ADBTİA-nın rektoru: (imza) A.A.S. “İdman” fakültəsinin dekanı:(imza) A.A.S.
Nümunə:
Arayış
Verilir Ağayev Nadir Həsən oğluna ondan ötrü ki,
o, həqiqətən 18 dekabr 1999-cu ildə Bakı şəhəri,
ŞTAMP yeri
Suraxanı rayonunda anadan olmuş və
hazırda Suraxanı rayonu Z.Bünyadov
küçəsindəki 67 nömrəli evin 16-cı mənzilində yaşayır.
Arayış Azərb. DBTİA-ya təqdim etmək üçün verilir.
119 saylı mənzil-istismar sahəsinin rəisi: (imza) V.Ə.Alıyev Katib: (imza) L.Y.Mehdiyeva



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin