Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə57/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   53   54   55   56   57   58   59   60   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

5. BİLDİRİŞ. Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:
1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
Nümunə:
Bildiriş
Tələbələrin nəzərinə!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əyani şöbəsində II yarımilin dərsləri 15 fevral 2017-ci il tarixdən başlanacaq.
Tədris hissəsi


6. ELAN
2017-ci il may ayının 20-də saat 11.00-da akt zalında IV kurs tələbələrinin "Pedaqoji təcrübə"yə həsr olunmuş konfransı keçirilicək.
Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı vacibdir.
"Bədən tərbiyəsinin nəzəriyyəsi
və onun tədrisi metodikası" kafedrası


7. ETİBARNAMƏ. Etibarnamə ərəbcə "etibar" ("nəzərə alma") və farsca "namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən yaranıb, "etibaretmə sənədi" mənasındadır. Etibarnamə bir şəxsin bir işin icrasını başqa birisinə etibar etdiyini bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu rəsmi sənəd müəssisənin kadrlar şöbəsində, yaxud dövlət notariusu tərəfindən təsdiq olunur. Nümunə:
Etibarnamə

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin