Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə62/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   58   59   60   61   62   63   64   65   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Azərb.DBTİA-nın "Təkmübarizlik"
fakültəsi TA 17-04-cü qrupun (II kurs)
tələbəsi Eyvaz Nəriman oğlu Musayevin
2017-ci il yanvar ayının 25-dən fevral ayının 15-dək
Türkiyənin Antalya kurort şəhərində
təlim-məşq toplanışında iştirak etməsi haqqında


Hesabatı
Göstərilən tarixdə biz - "İnter" futbol klubunun gənclərdən ibarət komanda üzvləri yanvar ayının 25-də səhər saat 1000 -da Antalya şəhərinə avtobusla yola düşdük. Səhəri gün, yanvarın 26-da günün ikinci yarısı saat 1800 -da orada olduq. Həmin gün oteldə gecələdik. Yanvarın 27-dən 31-nə kimi hər gün günün birinci və ikinci yarısında məşqçimiz Gəray Qarayevin başçılığı altında 4-5 saat məşq edirdik. Fevralın 2-də və 6-da şəhərin birinci divizyonunda çıxış edən "Urfaspor" və "Şannıspor" komandaları ilə yoldaşlıq görüşləri keçirtdik, 3:2 və 3:1 hesabları ilə qələbə qazandıq. Hər iki matçda mən də qol 359 vurdum. Fevralın 12-nə kimi şəhərin görməli yerlərinə səyahətə çıxdıq, muzeylərə baş çəkdik. Yaxşı dincəldik. Fevralın 13-də məktəblilərdən ibarət yerli komanda ilə görüşdük, 6:2 hesablı qələbə qazandıq. Fevralın 14-də təcrübə mübadiləsi aparmaq məqsədilə "Qazanspor" komandasının məşq bazasında olduq, "sol ayaqla zərbə taktikası" mövzusunda seminarda iştirak etdik. Fevralın 15-də İstanbuldan təyyarə ilə Bakıya uçduq.
İmza: E.N.Musayev
16.02.2017


13. XƏBƏRDARLIQ. "Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir.
Nümunə:

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin