Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


ADBTİA-nın "İdman oyun növləri" fakültəsi üzrə



Yüklə 264,25 Kb.
səhifə63/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   59   60   61   62   63   64   65   66   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

ADBTİA-nın "İdman oyun növləri" fakültəsi üzrə
Xəbərdarlıq
31 mart 2017-ci il Bakı Ģəhəri, №3
30 mart 2017-ci il tarixdə 401 nömrəli auditoriyada mobil telefonlarla dərsin gedişinə mane olduqlarına, intizamsızlıq törətdiklərinə görə adları çəkilən tələbələrə xəbərdarlıq edilsin:
1. Əşrəfov Mövsüm Hidayət oğlu - qrup OA 17 - 03 360
2. İsmiyev Xəqan Mirzə oğlu - qrup OA 17 - 03
3. Namazov Əfsər Göyüş oğlu - qrup OA 17 - 04
"İdman oyun növləri"
fakültəsinin dekanı: (imza) A.A.S.


14. İZAHAT "İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.
Nümunə:
Azərb. DBTİA-nın "İdman oyun növləri" fakültəsinin
dekanı A.A.S.-ə
fakültənin II kurs OA 17-01-ci qrupun
nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan


İzahat
29 noyabr 2016-cı il tarixdə ikinci növbənin üçüncü saatında (saat 1700 -da) biz 412 nömrəli auditoriyada pedaqogika dərsi keçərkən pəncərə açıq olduğundan qəfildən əsən güclü külək təzyiqlə içəri daxil oldu, çərçivəyə möhkəm bərkidilməmiş qapını vurub qırdı. Bu hadisədə tələbələrimizin birbaşa günahı yoxdur. Bunu həmin vaxt bizə dərs deyən baş müəllim Əli Məmmədov da təsdiq edə bilər.
İmza:Əhmədov N. H
30.XI.2016-cı il
15. QƏBZ. Mən, "İdman oyun növləri" fakültəsinin I kurs OR 17-1-ci qrupun nümayəndəsi Qəhrəmanova Aynur Kamran qızı Akademiyanın oxu zalından məşğələ zamanı tələbələrin istifadə etməsi üçün 25 (iyirmi beş) ədəd "İngilis dili" (Bakı, 2016, İ hissə) dərsliyi götürdüm.
İmza:Aynur Qəhrəmanova
26 fevral 2017-ci il



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin