Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


Üslub anlayışı və onun təşəkkülü tarixi



Yüklə 264,25 Kb.
səhifə46/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   42   43   44   45   46   47   48   49   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Üslub anlayışı və onun təşəkkülü tarixi. Üslub çox geniş anlayış olub, bir çox sahələrdə özünü göstərir. Musiqidə, rəs­samlıqda, heykəltəraşlıqda, memarlıqda, bədii ədəbiyyatda və s. bu anlayış çox işlənir. Hansı sahə üzrə olmasından asılı ola­raq sənətkarın yaradıcılığında diqqəti cəlb edən keyfiyyətlərin, fərqlənən əlamətlərin cəmi də üslub adlanır. Məsələn: böyük satirik M.Ə.Sabir üslubu, bəstəkar Üzeyir Hacıbəyov üslubu; zərif, incə mənalı və dərin fəlsəfi hikmətli söz ustası N.Hə­sənzadə üslubu və s.
Ümumiyyətlə, ədəbiyyat və incəsənət sahəsində üslub anla­yı­şı, əsasən, tərz, üsul, yol, metod, intizam və s. mənalarda işlənir.
Dilçilikdə üslub xüsusi anlayışdır. Bu anlayışın məzmunu ayrı-ayrı tarixi dövrlərdə müxtəlif şəkillərdə başa düşülmüşdür. Hələ qədim dövrdə romalılar dil məsələləri ilə məşğul olarkən üslub və üslubiyyat problemlərinə də toxunmuş, bu barədə ilk dəfə elmi mülahizələr irəli sürmüşlər. Yunanlar üçün üslub sübutetmə vasitəsi olmuşdur. Klassik elmdə üslubiyyatı çox zaman ritorika kölgəsində şərh etmişlər.
Qədim hindlilər üsluba nitqin zahiri əlaməti, onun bəzəyi kimi baxmışlar. Üslubiyyatı isə dilin ifadə vasitələri haqqında təlim hesab etmişlər. Bu maraq XX əsrin 60-cı illərindən daha da vüsət almışdır.
Üslubiyyat üslublar haqqında elmdir.
Azərbaycan dilinin funksional üslubları və onların yaranması. Ünsiyyət vasitəsi kimi dil insan fəaliyyətinin bütün sahələrində, eləcə də məişətdə, elmdə, təhsildə, ictimai həyat­da, iqtisadiyyatda, sənayedə, siyasətdə və s. istifadə olunur. Dildən bu müxtəlif sahələrdə istifadə olunarkən bu və ya başqa şəraitdə fikrin ifadə edilməsi məqsədilə dil vasitələrini seçib işlətmək əsasında onun üslubları yaranır. Hər bir üslub mövcud dilin milli xüsusiyyətləri əsasında yaranır.
Funksional üslubların yaranması və formalaşmasına aşağı­dakı amillər xüsusi təsir göstərir:
a)milli ənənə;
b)milli mədəniyyət;
c)dövlət quruluşu;

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin