Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 169,86 Kb.
səhifə1/7
tarix01.01.2022
ölçüsü169,86 Kb.
#104316
  1   2   3   4   5   6   7

Azərbaycan dili və nitq mədəniyyəti

1.Dil haqqında verilən fikirlərdən hansı daha dəqiqdir?

A) Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir

B) İnsanlar düşündükləri və dərk etdiklərini dil vasitəsilə ifadə edirlər.

C) Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün zəruri olan vasitədir.

D) Təffəkürün ifadə vasitəsi olan dil ictimai hadisədir

E) Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olur.


  1. Dil haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Dil irqlə bağlıdır.

B) Dil ictimai hadisədir.

C) Dil ünsiyyət vasitəsidir.

D) İnsanın dik yeriməyə başlaması, onun orqanizminin şaquli şəklə düşməsi dilin

yaranmasında mühüm rol oynamışdır.

E) Dil anlayışı insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.


3.Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi barədə fərmanın imzalanma tarixini göstər.

A) 2001-ci il 18 iyun

B) 2001-ci il 4 iyul

C) 2001-ci il 9 avqust

D) 2002 ci il 30 sentyabr

E) 2003-cü il 2 yanvar


4.“Dil xalqın böyük sərvətidir” – ifadəsi kimə məxsusdur?

A) H. Əliyev

B) M. Rəsulzadə

C) B. Çobanzadə

D) F. Köçərli

E) M. Kazımbəy



5.Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının

Qanunu neçə fəsil və neçə maddədən ibarətdir?

A) 3fəsil, 20 maddə

B)2 fəsil, 22maddə

C)3 fəsil, 15 maddə

D) 2fəsil, 20 maddə

E) 2fəsil, 10 maddə
6. Bu dillərin biri türk dillərinin oğuz qrupuna daxil deyil.

A) qumuq


B) qaqauz

C) Azərbaycan

D) türk

E) türkmən


7.Məhəmməd peyğəmbərə aid olan BU kəlam hansı məşhur əsərdən göturülmüşdür: “ Türk dilini öyrənin, türklərin uzun sürən hakimiyyəti vardır”

A) “Divani lüğət-it-türk”;

B) “Qanuni-Qüds”;

C) “Hədiqətüs-süəda”;

D) Qurani-Kərim;

E) “Əsrimizin Səyavuşu”
8.Azərbaycan dili hansı xüsusiyyətlərinə görə iltisaqi dillərə daxildir?

A) morfoloji quruluşuna görə;

B) türk dilləri ilə qohumluğuna görə;

C) lüğət tərkibinin zənginliyinə görə;

D) cümlədəki sözlərin sırasına görə;

E) Alınma sözlərin azlığına görə


9.Bu və ya başqa məlumat və hadisənin şəkillər vasitəsilə ifadə etdiyi yaziya ...

deyilir:


  1. Piktoqrafik yazı

  2. Sillioqrafik yazı

  3. Ideoqrafik yazı

  4. Fonoqrafik yazı

  5. Fonematik yazı

10.Silloqrafik yazı nəyə deyilir?

  1. Şərti işarələrlə bütöv hecaları göstərən yazıya;

  2. Şərti işarələrlə dilin səslərini əks etdirən yazıya;

  3. Bu və ya başqa məlumat və hadisənin şəkillər vasitəsilə ifadə etdiyi yazıya;

  4. Nitqdəki sözlərin ideoqramlarla əks olunmasına;

  5. Dilin ancaq səslərini əks etdirən yazıya.

11.Ərəb əlifbası yazımızdan neçənci ildə tamamilə çıxarıldı?

  1. 1929-cu il yanvarın 1-də

  2. 1918-ci il yanvarın 1-də

  3. 1922-ci il yanvarın 1-də

  4. 1925-ci il yanvarın 1-də

  5. 1930-cu il yanvarın 1-də

12.Ilk dəfə olaraq Azərbaycan yazısını asanlaşdırmaq üçün əlifbada dəyişiklik etmək ideyasını irəli sürən kim olmuşdur?

  1. M.F.Axundov

  2. H.Zərdabi

  3. C.Məmmədquluzadə

  4. M.Ə.Sabir

  5. Ə.Haqverdiyev

13.M.F.Axundovun latın qrafikası əsasında tərtib etdiyi Azərbaycan əlifbası layihəsində neçə işarə var idi?

  1. 42

  2. 32

  3. 33

  4. 35

  5. 45

14.Azərbaycanda rus qrafikası əsasında yeni əlifba yaradılması məsələsi neçənci ildə qaldırılmışdı?

  1. 1939-cu ilin əvvəllərində

  2. 1937-ci ilin axırlarında

  3. 1938-ci ilin əvvəllərində

  4. 1940-cı ilin axırlarında

  5. 1942-ci ilin əvvəllərində

15.Rus qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası yazımızda neçənci ildən aparılmağa başlamışdır?

  1. 1940

  2. 1937

  3. 1938

  4. 1939

  5. 1942

16.Latın qrafikalı sonuncu Azərbaycan əlifbasına neçənci ildən keçirildi?

  1. 2001-ci il 1 avqustdan

  2. 1992-ci il 1 avqustdan

  3. 1995-ci il 1 avqustdan

  4. 2000-ci il 1 avqustdan

  5. 2002-ci il 1 avqustdan

17.Azərbaycan ədəbi dilinin şifahi növünün yaşı neçə ildən çoxdur?

  1. 1300 ildən çox

  2. 1200 ildən çox

  3. 1250 ildən çox

  4. 1400 ildən çox

  5. 1500 ildən çox

18.Azərbaycan yazılı ədəbi dilinin tarixi neçənci əsrdən başlayır?

  1. XIII əsrdən

  2. XII əsrdən

  3. XIV əsrdən

  4. XV əsrdən

  5. XIV əsrdən

19.Azərbaycan ədəbi dilinin yeni dövrü neçə mərhələni əhatə edir?

  1. 3

  2. 1

  3. 2

  4. 4

  5. 5

20.Azərbaycan dilinin varlığını inkar etməyə cəhd edən jurnal hansı idi?

A) “Füyuzat”

B) “Kəşkül”

C) “Əkinçi”

D)“Molla Nəsrəddin”

E)“Yeni yol”


21.XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında xüsusi rolu olmuşdur:

A) M.P.Vaqif

B)İ.Nəsimi

C)M.Füzuli

D)Ş.İ.Xətai

E) İ.Həsənoğlu


22. XV əsrdə Azərbaycan dilini dövlət səviyyəsinə qədər yüksəlməsinə xüsusi

səy göstərmişdir:

A) Ş.İ.Xətai

B)İ.Nəsimi

C) İ.Həsənoğlu

D)M.Füzuli

E)M.P.Vaqif

23.Qoşma üslubunun formalaşmasında və inkişafında xüsusi rol oynamışdır:

A)M.P.Vaqif

B)İ.Xətai

C)İ.Nəsimi

D)M.Füzuli

E)M.V.Vidadi
24.Ədəbi dilimizin inkişafında rolu böyük olmuşdur:

A) “Əkinçi”

B)“Kəşkül”

C) “Füyuzat”

D) “Şəlalə”

E)“Yeni yol”


25.XVI əsrdə Azərbaycan ədəbi dilinin inkişafında xüsusi rolu olmuşdur:

A) M.Füzuli

B)İ.Həsənoğlu

C)Ş.İ.Xətai

D)İ.Nəsimi

E) M.P.Vaqif

26.Kim demişdir: “Bizə elə bir əlifba ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun: asan yazmaq, asan oxumaq, asan çap etmək”.

A) M.F.Axundov

B)C.Məmmədquluzadə

C) H.Zərdabi

D)M.Ə.Sabir

E)Ş.İ.Xətai
27. Ədəbi dil danışıq dilinə hansı cəhətdən təsir edir və inkişaf etdirir?

A) Fonetik və leksik

B) Leksik

C)Leksik və qrammatik

D)Fonetik, leksik və qrammatik

E)Fonetik və qrammatik


28.Yunanlar “Azərbaycan” adını necə yazmışlar?

A) Atrapatena

B) Atropat

C) Adırbaycan

D)Atrabadaan

E) Atratakan


29.“Azərbaycan dili” adına ilk dəfə təsadüf olunur:

A) Xətib Təbrizidə

B) Əbülülada

C) Ş.İ.Xətaidə

D) İ.Həsənoğlunda

E) İ.Nəsimidə


30.Ümumxalq dili neçə tərkib hissəyə bölünür?

1 - ədəbi dil 2 - rəsmi və kütləvi dil 3 - danışıq dili 4 - dialekt və şivə 5 - şifahi və yazılı

A) 1, 3

B) 2, 4


C) 3, 5

D) 4, 5

E) 1, 4
31. Aşağıda verilmiş bəndlərdən hansı ümumxalq danışıq dilinə aiddir? 1 - rəsmi danışıq; 2 - dialekt danışığı; 3 - jarqon danışığı; 4 - kütləvi - ədəbi söhbət; 5 - loru danışıq

A) 2, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 4, 5

E) 4, 5, 3


32.Danışıq dilinin xüsusiyyətidir:

A) Dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilər.

B)Bütün mədəni tələblərin ödənilməsinə kömək edir.

C)Yazı ənənələri ilə sıx bağlıdır.

D)Bütün milli dil vasitələri hamı üçün eynidir.

E) Müəyyən normalara əsaslanır.

33. Tələffüz üslublarını seçin.

1 - kitab üslubu 2 - normativ üslub 3 - adi danışıq üslubu 4 - səsli oxuma üslubu 5 - ifadəli oxu üslubu 6 - səssiz oxuma üslubu

A)1, 2, 3

B) 2, 4, 6

C) 5, 6

D) 3, 4, 5

E) 3, 4, 6
34.Assimilyasıya hadisəsi nəyə deyilir?


  1. Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına;

  2. Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

  3. Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına;

  4. Sözdən bu və ya digər səsin düşməsinə;

  5. Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

35. Yerdəyişmə hadisəsi nəyə deyilir?

A) Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

B) Sözdən bu və ya digər səsin düşməsinə;

C) Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına;

D) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

E) Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına.

36. Səsdüşümü nəyə deyilir?

A) Sözdən bu və ya digər səsin düşməsinə.

B) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə çevirməsinə;

C)Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılmasına.

D)Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

E) Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına.

37.Səsartımı nəyə deyilir?

A) Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına

müəyyən bir samit artırılmasına.

B)Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına;

C)Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

D) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa cəcə

çevirməsinə;

E)Sözdən bu və ya digər səsin düşməsinə.
38.Dissimilyasiya hadisəsi nəyə deyilir?

A) Sözdəki eynicinsli səslərdən birinin digərinə təsir edərək onu başqa səsə

çevirməsinə;

B)Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçi qoşulduqda iki sait arasına

müəyyən bir samit artırılmasına.

C)Sözdən bu və ya digər səsin düşməsinə.

D) Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə.

E)Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına.


39. Qohum dillər və konkret bir dilin fonetik tərkibindəki müəyyən yaxınlıq, oxşarlıq və fərqli cəhətlərin öyrənilməsi ilə fonetikanın hansı növləri məşğul olur?

A) Müqayisəli fonetika;

B)Ümumi və xüsusi fonetika;

C)Tarixi fonetika;

D) Təsviri fonetika;

E) Təcrübi fonetika


40. Fonetikanın neçə növü var?

A) 3;


B) 2;

C) 1;


D)4;

E)5
41.Fonetika dilin hansı sahəsini öyrənir?

A) Dilin səs sistemini;

B) Diliin leksik sistemini;

C) Dilin morfem sistemini;

D) Dilin sintaqm sistemini;

E) Dilin üslubi xüsusiyyətləri.
42.Fizioloji fonetika nədən bəhs edir?

A) Danışıq üzvlərindən

B) Danışıq səslərinin ictimai mahiyyətindən;

C) Danışıq səslərinin funksiyasından;

D) Danışıq səslərinin məxrəcindən.

E) Danışıq səslərinin fiziki xassələrindən

43.Akustik fonetika nəyi izah edir?

A) Danışıq səslərinin fiziki xüsusiyyətlərini;

B) Danışıq üzvlərini;

C) Danışıq səslərinin ictimai mahiyyətini;

D) Danışıq səslərinin məxrəcini;

E) Danışıq səslərinin vəzifəsini


44.Sözü fərqləndirən səs necə adlanır?

A) fonem;

B) morfem;

C) sintaqm;

D) leksem;

E) frazem


45.Dilçilikdə saitlər sistemi ........adlanır. Nöqtələrin yerinə hansı söz yazılmalıdır?

A) vokalizm;

B) morfem;

C) frazem;

D) fonem;

E) leksem


46.Dilçilikdə samitlər sistemi ........ adlanır. Nöqtələrin yerinə hansı söz yazılmalıdlr?

A) konsonantizm;

B) morfem;

C) fonem;

D) frazem;

E) leksem


47.Fəal danışıq üzvlərini göstər.

A) dil, dodaqlar, yumşaq damaq;

B)dil, dişlər, sərt damaq;

C) dil, yumşaq damaq, yuvaqlar;

D) dil, dişlər, yuvaqlar;

E) üst çənə, dil, dodaqlar


48.Saitlər hansı əlamətinə görə acıq və qapalı kimi növlərə bölünür?

A) dilin üst damağa doğru qalxması və ya nisbətən aşağı enməsinə görə

B) uzun və qısa tələffüz olunmasına görə

C) dodaqların vəziyyətinə görə

D ) dilin ön və arxa hissəsində deyilməsinə görə

E) sərbəst və maneəsiz tələffüzünə görə


49. Hansı növ saitlərin tələffüzü ücün alt cənənin yuxarıya doğru qalxması və ağız

boşluğunun daralması səciyyəvi xüsusiyyətdir?

A) qapalı

B) incə


C) qalın

D) açıq

E) dodaqlanmayan
50. Cingiltili samitlərin yaranmasında aşağıdakılardan hansı daha fəal iştirak edir?

A) səs telləri

B) dil

C) dodaqlar



D) damaq

E) dil və damaq


51. Yalnız cingiltili samitlər olan sıranı göstərin.

A) b, q, ğ, d, c

B) z, y, t, p, ş

C) v, y, k, l, ç

D) q, d, l, ç, h

E) y, l, m, n, f

52. “Məftil” sözünün fonetik təhlilindəki səhvi göstərin:

A) Yazılışı ilə tələffüzü fərqlənmir

B) İki hecadan ibarətdir

C) Saitlərin hər ikisi incədir, dodaqlanmayandır

D) Samitlərdən ikisi [m] və [l] kar qarşılığı olmayan çingiltili samitdir.

E) 6 hərf, 6 səsdən ibarətdir

53. Hansı sözdə bitişdirici samit işlənmişdir?

A) küçənin

B) küçələrin

C) Mahirin

D) sənədin

E) köməyə


54. “Çarıq” sözünün fonetik təhlilindəki səhvi göstərin:

A) Bir kar [ç], iki cingiltili - [r], [q], samit işlənmişdir

B) Deyilişi ilə yazılışi fərqlənir.

C) Sözdə qalın və dodaqlanmayan saitlərin ahəngi gözlənilmişdir

D) Saitlərdən biri açıq, digəri isə qapalıdır

E) İkihecalıdır, vurğusu ikinci hecaya düşür


55.Hansı sırada açıq, incə, dodaqlanmayan saitlər verilmişdir?

A) e, ə;

B) o, ö;

C) a, e;


D) i, ü;

E) ö, ü
56.Burun samitləri hansı cərgədədir?

A) m, n;

B) n, p;


C) b, t;

D) c, ş


E) m, b;
57.Dilönü saitlər verilən sıranı göstər.

A) ə, i, ö, ü, e;

B) a,ı, o, u;

C) e, ə,i, ö, ü;

D) o, ö, y, ü;

E)e, ə, i, ı


58.Azərbaycan dilində kipləşən – novlu( qovuşuq) samitləri göstər.

A) c, ç.


B) j, ç;

C) ç, t;


D) c, ş

E) c, s.


59. “a”, “e”, “o”, “ə” saitlərini birləşdirən nədir?

A) acıq saitlərdir

B) dodaqlanan saitlərdir

C) qapalı saitlərdir

D) dodaqlanmayan saitlərdir

E) qalın saitlərdir

60. Sözlərdən biri səhv yazılmışdır:

A) bialogiya

B) paradoks

C) saymazlıq

D) fakültə

E) miniatür


61.Azərbaycan dilində hansı saitlər sözün həm əvvəlində, həm ortasında, həm də sonunda işlənir?

A) a, ə, i, u, ü;

B) i, o, ə, i, u, ü;

C) a, ə, ö, u, ü, e;

D) ə, i, u, ü, o, e;

E) a, ı, o, u, ö, ü


62. Hansı sırada dodaqlanan qalın saitlərin ahəngi var?

A) ulduz, noğul, bulud

B) qoyun, uşaq, oyun

C) kömür, ürək, üzük

D) qalib, sahib, nazir

E) ailə, nadir, Səlim


63. Hansı sözdə tələffüz zamanı saitlərdən biri düşür?

A) Altıağac

B) əcaib

C) auditoriya

D) sərinlik

E) aviavağzal


64. İlk saiti “o” ilə yazilib “a” kimi oxunan sözlər cərgəsini göstərin:

A) Odessa, portfel

B) poema, moruq

C) proqram, oçerk

D) orden, okean

E) otaq, orbit

65. “Torpaq” sözünün fonetik təhlilində səhvi tapın:

A) Samitlərin ikisi kar, ikisi cingiltilidir.

B) “p” samitdir, kardır

C) “a” saitdir, qalındır

D) Sözdə iki sait, dörd samit var

E) İkihecalıdır, vurğu ikinci hecaya düşür

66.T, d, s, z, ş, j, c, ç, l, n, r samitləri əmələgəlmə yerinə görə necə adlanır?

A) Dilönü samitlər;

B) Dilarxası samitlər;

C) dodaq samitləri;

D) Qoşadodaq samitləri;

E) dodaq- diş samitləri


67.Partlayan samitlərin sırasını göstər.

A) k, g, p, b, t, d, q, m, n ;

B) t, d, s, z, ş, j, c, ç, l, n, r;

C) z, s, j, ş, v, f, y, l, r, ğ, x, h;

D) q, ğ, x, k;

E) y, k, g


68.Sözdə hecaların sayı necə müəyyənləşdirilir?

A) saitlərin sayına görə;

B) dodaqlanan saitlərin sayına görə;

C )samitlərin sayına görə;

D) açıq saitlərin sayına görə;

E) kar samitlərin sayına görə


69.Açıq hecalı sözlər olan sıranı göstər.

A) xala, nəvə, dayı;

B) qapı, ağac, uşaq;

C) ipək, dovşan, körpü;

D) quzu, dəftər, noxud;

E) əmi, dəniz, dəmir


70.Qapalı hecalı sözlər olan sıranı göstər.

A) qardaş, dəftər, pambıq;

B) dolça, qələm, armud;

C) dərə, papaq, liman;

D) ayaq, gilas, agız;

E) boyun, çinar, barmaq


71.Sonu samitlə bitən hecalar ........ adlanır. Nöqtələrin yerinə yerinə hansı söz yazılmalıdır.

A) qapalı heca;

B) açıq heca;

C) örtüsüz heca;

D) örtülü heca;

E) örtülü- qapalı heca

72. Azərbaycan dilində sözün sonunda işlənməyən sait.

A) o


B) e

C) ü


D) ı

E) i
73.Göstərilən vurğu növlərindən hansı Azərbaycan dili üçün səciyyəvi deyil?

A) sərbəst vurğu;

B) məntiqi vurğu;

C) sabit vurğu;

D) həyəcanlı vurğu;

E) həyəcanlı və sabit vurğu
74.Sərbəst vurğu ən çox hansı dil üçün səciyyəvidir?

A) rus dili;

B) fars dili;

C) alman dili;

D) Azərbaycan dili;

E) ingilis dili


75.Hansı sözdə vurğu son hecaya düşür?

A) bayraqdar;

B) respublika;

C) yenə;

D) sanki;

E) gömgöy


76.Hansı sıra yalnız vurğu qəbul etməyən şəkilçilərdən ibarətdir?

A) –gil, -madan, -casına, - san;

B)- dan, -di, -sız, -lı;

C) – il, -da, -ıntı, -mış;

D)-ar, -ır, -acaq, -dı;

E) –lar, - ın, -çı, -cil;


77.Az, üst, səs, dost, şəxs- sözlərindəki hecaların növünü müəyyənləşdir

A) küylü heca;

B)sonorlu heca;

C) küylü- sonorlu heca;

D) təksonorlu – heca;

E) küylü- təksonorlu heca

78. Verilmiş nümunədə altından xətt çəkilmiş sözdə hansı fonetik hadisə baş vermişdir?

Çəmənlər, bağçalar, bağlar sararsa,

Fəzalar dönərək sular qararsa,

Hər şeyi bir ölüm qorxusu sarsa

Əyiməm bir daha .... bir həvəs məni...

A) dissimilyasiya;

B) assimilyasiya;

C) səsartımı;

D) səsdüşümü;

E) yerdəyişmə


79.Ahəng qanununa tabe olmayan, fars dilindən keçmiş və əslinə müvafiq tələffüz olunması tələb edilən sözlərdə, bəzi Avropa mənşəli sözlərdə hansı səs uzun tələffüz olunur?

A) a saiti;

B) e saiti;

C) ə saiti;

D) ı saiti;

E) o saiti


80.Örtüsüz hecalı sözlərdən ibarət olan cərgəni göstər.

A) əl, ip, od;

B) bu, el, at;

C) su, ot, ət;

D) od, ye, su;

E) yu, ac


81.Hansı sıradakı sözlərin hamısı iki səsdən ibarət təkhecalı sözlərdir?

A) əl, su, ot;

B) ip, baş, qol;

C) ac, dil, göz;

D) ət, çöp, ev;

E) dağ, el, göl.


82. Səsin yaranmasındakı iştirakına görə fəal danışıq üzvləri hansılardır ?

A) dil, dodaqlar, səs telləri, alt çənə, yumşaq damaq, dilçək

B) dodaqlar, dişlər, yuvaqlar

C) dil, səs telləri, nəfəs borusu

D) damaq, ağ ciyərlər, dişlər

E) dil, damaq, yuvaqlar


83.Bu əlamətlərdən samitlər üçün doğru olanı hansıdır?

A) kar və cingiltili olur

B) dodaqlanan və dodaqlanmayan olur

C) qalın və incə olur

D) heca yaradır

E) açıq və qapalı olur


84.Yalnız sonor samitlər olan sıranı göstərin.

A) m, n, r, l

B) v, y, k, l, ç

C) z, y, t, p, ş

D) q, d, l, ç, h

E) y, l, m, n, f


85. “o”, “ö”, “u”, “ü” saitlərini birləşdirən nədir?

A) dodaqlanan saitlərdir

B) acıq saitlərdir

C) qapalı saitlərdir

D) dodaqlanmayan saitlərdir

E) qalın saitlərdir


86. Hansı söz birləşmələrinin birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?

I. palıd qozası

II. palıd ağacı

III. dörd uşaq

IV. kitab satışı

V. dörd manat

A) I, IV, V

B) II, III

C) I, IV

D) I, II, IV

E) IV,V

87.Yalnız fonetikaya aid terminlər hansı sırada verilib?

A) səs, vurğu

B) omonim, heca

C) isim, sifət

D) ahəng qanunu, sinonim

E) sintaksis, dilçilik

88.Aşağıdakılardan hansı fonetikanın mövzusuna aid deyil?

A) sözün tərkibi

B) ahəng qanunu

C) vurğu

D) heca

E) sözün səs tərkibi

89.Hansı sözdə vurğu ilk hecaya düşür?

A) yenə

B) yeni

C) yenicə

D) yenidən

E) yeniyetmə
90. Hansı sözə saitlə başlayan şəkilçi artırdıqda “q” “ğ”- ya keçmir?

A) şəfəq

B) qulaq

C) qonaq

D) yaxşılıq

E) qaynaq

91.Fonetik təhlilə aid deyil:

A) sözün mənşəyinin tapılması

B) sözün səs və hərf tərkibinin göstərilməsi

C) sait səslərin göstərilməsi

D) samit səslərin göstərilməsi

E) sözün heca və vurğusunun göstərilməsi


92.Heca üçün yanlış olanı göstərin:

A) sözlərdəki bütün hecalar vurğulu olur

B) sözlər sətirdən-sətrə heçalarla keçirilir

C) heçalar sait səslər əsasında formalaşır

D) heca tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissəsidir

E) əsl Azərbaycan sözlərində vurğu son hecaya düşür


93.Dilimizdə vurğu əsasən hansı hecaya düşür?

A) sonuncu hecaya

B) birinci hecaya

C) orta hecaya

D) həm ilk, həm də son hecaya

E) ikinci hecaya


94.Vurğusu birinci hecaya düşən söz hansıdır?

A) Roma


B) Rəna

C) İngiltərə

D)Almaniya

E) Paris


95.Hansı sözdə ahəng qanunu pozulub?

A) katib

B) dəftər

C) müəllim

D) qələm

E) ana


96.Hansı sözdə – lar şəkilçisi vurğu qəbul etmir?

A) yorurlar

B) gəldilər

C) onlar

D) uşaqlar

E) məktəblilər


97. “Kitab” sözünə bu şəkilçilərdən hansı artırılsa, vurğu yerini dəyişməyəcək?

A) - dır4

B) – ça2

C) – lar2

D) -dan2

E) – ımız4


98.Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?

A) sapsarı, sanki, lakin

B) ancaq, gömgöy, tüstü

C) büsbütün, yalnız, yalqız

D) amma, nəhayət, bizcə

E) bəzən, görünür, dinməzcə


99.Vurğudan asılı olaraq mənası dəyişə bilən sözü müəyyənləşdirin:

A) qovurma

B) barama

C) xurma

D) məhkəmə

E) tirmə
100. Yazılı nitqdə məntiqi vurğunun yeri:

A) xəbərdən əvvəlki sözün üzəri

B) zərfliyin üzəri

C) mübtədanın üzəri

D) təyinin üzəri

E) mübtədadan sonrakı sözün üzəri
101.Neologizmlər hansı sıradadır?

A) bilgisayar, yetərsay, çağdaş, özəlləşmə

B) bəy, feodal, pristav, qubernator

C) ayıtmaq, damu, uçmaq, sayru

D) pərvanə, cəfa, şəb, nagah

E) torşer, monument, bayraq, alternativ


102.«Tutmaq» sözü hansı sırada öz həqiqi mənasında işlənmişdir?

A) atın yüyənini tutmaq, qabın qulpundan tutmaq

B) xətrini əziz tutmaq

C) üzünü yana tutmaq, işçi tutmaq

D) həyatda yer tutmaq, dostdan xəbər tutmaq

E) hal-əhval tutmaq

103.Çoxmənalı sözlər nəyə deyilir?

A) əsas məna ilə bağlı əlavə mənalar da bildirən sözlərə

B) eyni kökdən sözdüzəldici şəkilçilər vasitəsilə yaranan qohum (eyniköklü)

sözlərə


C) müxtəlif mənalı ayrı-ayrı sözlərə

D) eyni və yaxın mənalı sözlərə

E) müxtəlif köklü sözlərə
104.Verilmiş xüsusiyyətlərdən sinonimlərə aid olanı hansıdır?

A) Müxtəlif cür yazılıb, eyni və ya yaxın məna bildirir.

B) Bir-birinə zidd mənalar ifadə edir.

C) Eyni cür yazılıb, müxtəlif mənalar bildirir.

D) Müəyyən ərazidə işlədilir.

E) Eyni kökdən düzəlir.


105.Hansı sıra yalnız sinonimlərdən ibarətdir?

A) adlı-sanlı, görkəmli, məşhur

B) qorxaq, igid, xeyirxah, səxavətli

C) gənc, cavan, ürəkli, qoçaq

D) otaq, koma, mənzil, bina

E) çalışqan, diribaş, tənbəl

106.Köhnəlmiş sözlər hansı sırada verilmişdir?

A) uçmaq, damu, nəsnə, sayru

B) özəlləşdirmə, yetərsay, çağdaş, durum

C) həyat, inqilab, əruz, fədakar

D) lirika, romantizm, peyzaj, personaj

E) əba, çıraq, müsəlman, fanat

107.Dialekt sözlər nəyə deyilir?

A) müəyyən ərazi üçün anlaşıqlı olan məhəlli sözlərə

B) hamı tərəfindən başa düşülüb işlənən sözlərə

C) ayrı-ayrı elm sahələrinə məxsus olan sözlərə

D) peşə-sənət sözlərinə

E) əsas lüğət fonduna daxil olan sözlərə


108.Hansı söz omonim deyil:

A) əsir

B) yol

C) döyüş


D) ləpə

E) inci


109.“Böyük olan yerdə kiçik danışmaz” cümləsində antonim sözlər hansı nitq hissəsinə aiddir?

A) sifət

B) say

C) ədat


D) əvəzlik

E) isim
110.“Refleks, embriologiya, neyron” sözləri aşağıdakı söz qruplarından hansına aiddir?

A) terminlərə

B)köhnəlmiş sözlərə

C) neologizmlərə

D) ümumişlək sözlərə

E) dialekt sözlərinə
111. Dilin lüğət tərkibindəki məna qruplarını göstərin.


A) metafora, metonimiya

B) frazeologiya, orfoqrafiya

C) assimilyasiya, dissimilyasiya

D) metateza, proteza

E) eliziya, leksikoqrafiya


112. Zahirən omonimə bənzəyən sözlər hansılardır?

A) paronimlər, omofonlar, omoqrafflar

B) frazeoloji omonimlər, omoqraflar

C) sintaktik omonimlər, omofonlar

D) leksik omonimlər, leksik sözlər

E) frazeoloji omonimlər

113. Metafora nədir?



A) funksional çoxmənalılıq

B) forma oxşarliğı

C) müəllif - əsər münasibəti

D) miqdar mənası

E) tamın – bütövün bir hissəsi


114. Omofonlara aid deyil:

A) yalnız səslənməyə görə eyni olur

B) sözlərin yazılışı eyni olub, səslənməsi müxtəlif olur

C) dilin dialektlərində daha çox rast gəlmək olur

D) nitq prosesində səslərin təhrifi ilə əlaqədardır

E) fonetik, semantik cəhətdən fikri qüvvətləndirir


115.Hansı sözlər antonimdir?

A) eniş, yoxuş

B) müharibə, savaş, dava

C) gündüz, alver

D) çör-çöp

E) səs-küy


116.Biri frazeoloji birləşmə deyil:

A) kömək etmək

B) cana gəlmək

C) can vermək

D) üz vermək

E) söz vermək


117.Yalnız biri frazeoloji birləşmədir:

A) könlünü açmaq

B) dərman almaq

C) məktəbdən qayıdanda

D) sözün doğrusunu demək

E) kömək etmək


118.Xüsusiyyətlərdən biri əsl Azərbaycan sözlərinə aid edilə bilər:

A) söz ortasında iki samitin yanaşı işlənməsi

B) sözdə qoşa “y” samitinin işlənməsi

C) söz əvvəlində iki samitin işlənməsi

D) sözdə uzun saitin işlənməsi

E) sözün “r” samiti ilə başlanması


119.Biri frazeoloji sinonim deyil:

A) əl uzatmaq ─ kömək etmək

B) qanı qaralmaq ─ kefi pozulmaq

C) qılığına girmək ─ qəlbinə yol tapmaq

D) dilotu yemək ─ dil boğaza qoymamaq

E) dil tapmaq ─ yola getmək


120.Sıralardan biri bütünlüklə omonim sözlərdən ibarətdir:

A) çat, yay, bel

B) kök, bal, dərə

C) sel, qaz, göz

D) həyat, nəfis, qol

E) çay, kəmər, baş

121.Azərbaycan dilində sözün tərkibi neçə hissədən ibarət olur?

A) iki hissədən

B) bir hissədən

C) müxtəlif hissələrdən

D) bir neçə hissədən

E) bütöv olur


122.Azərbaycan dilində sözün kökü nəyə deyilir?

A) Sözün məna verən və dəyişməyən hissəsinə

B) Sözün leksik mənası olmayan hissəsinə

C) Sözün məna kəsb etməyən hissəsinə

D) yeni sözlərə

E) hecası olan sözlərə


123.Tərkibinə görə sözlər dilimizdə neçə hissəyə bölünür?

A) iki yerə

B) bir neçə

C) müxtəlif

D) bölünmür

E) tərkiblərinə görə


124.Sözün leksik məna ifadə edən, qrammatik şəkilçiyə qədərki hissəsinə…. deyilir:

A) başlanğıc forma

B) leksik şəkilçi

C) kök


D) bitişdirici samit

E) tərkibi söz


125.Morfologiya nəyi öyrənir? – sualına verilən cavablardan hansı səhvdir?

A) dilin lüğət tərkibi

B) köməkçi nitq hissələrini

C) isimlərin hallanması

D) nitq hissələri və onların dəyişməsi

E) əsas nitq hissələri


126.Morfologiyanın tədqiqat obyekti nədir?

A) söz, onun formaları və nitq hissələri

B) alınma sözlər

C) cümlə

D) çoxmənalı sözlər

E) xalq yaradıçılığı


127.Morfologiya nədən bəhs edir?

A) sözlərin tərkibi və quruluşundan

B) söz birləşmələrindən

C) frazelolji birləşmələrdən

D) forma və məzmunundan

E) sözün həqiqi və məcazi mənasından


128.“Morfologiya” termini dilimizə hansı dildən gəlmişdir?

A) yunan

B) ingilis

C) rus


D) fransız

E) alman


129.Morfologiyada öyrənilir:

A) nitq hissələri və onların dəyişmə qaydaları

B) cümlə üzvləri

C) yalnız əsas nitq hissələri

D) nitq formaları

E) sözlərin mənşəyi


130.Əsas nitq hissələrinə aid olmayan xüsusiyyəti müəyyənləşdirin:

1. Cümlə üzvü olur.

2. Müstəqil suala cavab verir.

3. Yalnız qrammatik mənaya malik olur.

A) 3

B) 2


C) 1

D) 1, 2

E) 2, 3
131.Hansı prinsip müxtəlif şəkildə tələffüz olunan morfemlərin eyni formada yazılmasını tələb edir?

A) morfoloji prinsip;

B) rəmzi prinsip;

C) tarixi-ənənəvi prinsip;

D) etimoloji prinsip;

E) fonetik prinsip


132.Azərbaycan dili orfoqrafiyası üçün hansı prinsip əsas hesab olunur?

A) fonetik prinsip;

B) tarixi-ənənəvi prinsip;

C) rəmzi prinsip;

D) morfoloji prinsip;

E) etimoloji prinsip


133.Sözün müasir tələffüzünə əsasən yazılmasını deyil, onun tarixi yazılış formasının saxlanılmasını tələb edən prinsip hansıdır?

A) ənənəvi prinsip;

B) fonetik prinsip;

C) rəmzi prinsip;

D) etimoloji prinsip;

E) morfoloji prinsip


134.Fonetik, morfoloji, tarixi-ənənəvi prinsiplər dilçiliyin hansı şöbəsinə aiddir?

A) orfoqrafiya;

B) orfoepiya;

C) fonetika;

D) leksikologiya;

E) morfologiya


135. Hansı söz tərkibinə görə mürəkkəb söz deyil?

A) böyürtkən

B) itburnu

C) qızılgül

D) istiot

E) dəvəquşu


136.Şəkilcilərdən hansı dilimizdə həm də müstəqil söz kimi işlənə bilir?

A) - ar2

B) - lar2

C) - lan2

D) - laş2

E) - nın4


137. Biri ön şəkilçilərə nümunə ola bilməz:

A) gil


B) bi

C) ba


D) na

E) anti
138.“Qızartı” ismi hansı nitq hissəsindən əmələ gəlib?

A) fel

B) zərf


C) sifət

D) əvəzlik

E) isim
139.İsmin adlıq halında olan sözlərlə ifadə olunmaq xüsusiyyəti aşağıdıkılardan hansıları üçün ortaqdır?


Yüklə 169,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin