VI. Tələbələrə təqdimat üçün verilən mövzular və onların yerinə yetirilmə müddəti, məsləhət saatları Hər bir tələbənin semestr ərzində 1 təqdimat mövzusunu yerinə yetirməsi nəzərdə tutulur. Təqdimat mövzuları müəllim tərəfindən verilir. Tələbələr keçilən məşğələ dərsləri və mövcud ədəbiyyatın əsasında verilən təqdimatı sərbəst yerinə yetirir. Təqdimat işlərinin son təqdimetmə tarixi 2023-cü il 15 dekabrmüəyyənləşdirilmişdir.
Düzgün yerinə yetirilmiş təqdimatın nəticəsi 20 balla qiymətləndirilir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən
təqdimat üçün seçilmiş mövzular
1.Aristotelin “Ritorika” əsərində natiqlik sənətinin incəlikləri
2. Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası
3. Məntiq nitq mədəniyyətinin əsası kimi
4. Azərbaycanda əlifba islahatları
5. Nitq mədəniyyətinin növləri
6. Həmsöhbətlərin tipləri
7. İşgüzar danışıqlar şifahi kommunikasiya növü kimi
8. Mədəniyyətlərarası ünsiyyət və tərcümənin bəzi psixolinqvistik məsələləri
9. Nitqin kompozisiya quruluşu
10. Münaqişə sosial fenomen kimi
11. İşgüzar danışıqlar: strategiya və taktiki üsullar
12. İşgüzar danışıqlarda bədən dili elementləri
13.Nitq etiketlərinin kommunikasiyada rolu
14.Onlayn işgüzar kommunikasiya və kompüter diskursu
15. Hipotezlərin elmin inkişafında rolu
16. Nitqdə vulqarizm və varvarizmlərdən istifadə: norma və reallıq.
17. Natiqlik sənətində yaddaşı möhkəmlətmək üsullarının əhəmiyyəti
18. Beynəlmiləl terminlər və onların yaranma yolları
19. Süni dil əsasında ümümdünya dili yaratmaq ideyası
20. Diplomatik görüşlərdə jest və mimikalardan istifadə
21. İşgüzar münasibətlərdə tənqid
22. Azərbaycan dilində müraciət etiketləri
23. İ.Əliyev mahir natiq və diplomat kimi
24. Romada natiqlik sənəti
25. Dialekt sözlər və leksik norma
26. Tələbə və müəllim münasibətlərində nitq və davranış etiketləri
27. Telefon danışıqlarının işgüzar ünsiyyətdə rolu
28. Dünyamiqyaslı Azərbaycan alimləri
29. Dövlət dili siyasəti
30.Stenoqrafiya və onun kommunikasiyada əhəmiyyəti