Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA” fənninin Sİllabusu



Yüklə 39,82 Kb.
səhifə2/12
tarix03.12.2023
ölçüsü39,82 Kb.
#138009
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathsillabus 2023 (1)

II. Fənnin hədəf və məqsədləri

Tələbələrin şifahi və yazılı nitq bacarıq və vərdişlərinin inkişaf etdirilməsi; eşitmə, dinləmə və dialoqda iştirak qabiliyyətlərinə yiyələnməsi; Azərbaycan dilinin orfoepik və orfoqrafik normalarına əməl etməsi; mədəni yazılı və şifahi nitqlərinin formalaşması, akademik yazı və işgüzar sənədlərin hazırlanması.



  • İşgüzar və akademik kommunikasiya çərçivəsində necə davranmaq, özünü ifadə etmək, müxtəlif ünsiyyət formalarına uyğun ifadə və müraciət formaları seçmək;

  • Dilin müxtəlif səviyyələr üçün qəbul edilmiş normaları əsasında Azərbaycan dili və nitq mədəniyyətinin müasir problemləri ilə əlaqədar yeni araşdırmalar aparmaq;

  • Tələbələrə Azərbaycan dilinin fonetik, leksik, qrammatik normaları haqqında məlumat vermək;

  • Tələbələrdə nitq normalarına və etik danışıq qaydalarına (mədəni nitqə) yiyələnmək vərdişlərini yaratmaq;

  • Əldə olunan bilikləri gələcəkdə onların cəmiyyətdə mövqe əldə etmələri üçün vasitəyə çevirmək.



III. Fənnin qısa məzmunu
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr pilləsində təhsil alan tələbələri Azərbaycan ədəbi dilinin fonetik sistemi, leksik tərkibi, qrammatik quruluşu və nitq mədəniyyətinin (şifahi və yazılı) səciyyəvi xüsusiyyətləri, o cümlədən üslubiyyat, əməli yazı nümunələri haqqında biliklərlə tanış edir, onların praktik nitq vərdişlərinin formalaşmasında yardımçı rol oynayır. Bu fənnin tədrisi tətbiqi dilçilik sahəsi olub danışıq və yazı zamanı orfoqrafik və orfoepik normalara, qrammatik qayda-qanunlara əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləmək, işgüzar sənədləri hazırlamaq bacarığına, bütövlükdə verbal və qeyri-verbal kommunikasiya və akademik nitqə yiyələnmək məqsədi daşıyır.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni aşağıdakı mövzularla tədris olunur:



Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin