Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA” fənninin Sİllabusu



Yüklə 39,82 Kb.
səhifə4/12
tarix03.12.2023
ölçüsü39,82 Kb.
#138009
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathsillabus 2023 (1)

Mövzular

Saat

1

Azərbaycan dili və onun ünsiyyət imkanları

2 s.

2

Azərbaycan dili dövlət dili kimi

2 s.

3

Kommunikasiya anlayışı. Kommunikasiya prosesinin mərhələləri

2 s.

4

Kommunikasiya prosesinin təşkili

2 s.

5

İşgüzar kommunikasiyanın formaları: Şifahi işgüzar kommunikasiya

2 s.

6

Yazılı işgüzar kommunikasiya

4 s.

7

Qeyri-verbal (sözsüz) kommunikasiya

2 s.

8

İşgüzar kommunikasiyada danışma-dinləmə mədəniyyəti və etiket qaydaları

2 s.

9

Akademik kommunikasiya anlayışı

2 s.

10

Elmi işlərin tərtib qaydaları

2 s.

11

Şifahi akademik kommunikasiya

2 s.

12

Yazılı akademik kommunikasiya

2 s.

13

Nitq ünsiyyət prosesi kimi. Nitqin tip və növləri

2 s.

14

Mədəni nitqə verilən əsas tələblər

2 s.

15

Azərbaycan ədəbi dilinin normaları. Fonetik norma

2 s.

16

Azərbaycan ədəbi dilinin normaları. Leksik norma

2 s.

17

Azərbaycan ədəbi dilinin normaları. Qrammatik norma

2 s.

18

Nitq üslubları

2 s.

19

Natiqlik sənətinin tarixi və işlənmə sahələri

2 s.

20

Kütlə qarşısında çıxışın əsas qaydaları

2 s.

21

Nitqin texnikası

2 s.

22

Nitqin məzmunu

1 s.







Cəmi:
45 s.

Passiv sillabus


Mövzular:
1.Aristotelin “Ritorika” əsəri (1; s.11-16);
2. Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası (1; 23-27);
3. Məntiq nitq mədəniyyətinin əsası kimi (1; s.43-47);
4. Azərbaycanda əlifba islahatları;
5. Nitq mədəniyyətinin növləri (1; s.65-68);
6. Həmsöhbətlərin tipləri (1; 89-93);
7. Şifahi nitq bacarıqlarının təkmilləşdirilməsi (1; s.296-299);
8. Ədəbiyyat qaynaqları ilə səmərəli iş (1; s.176-180);
9. Mədəniyyətlərarası ünsiyyət və tərcümənin bəzi psixolinqvistik məsələləri (2; s132-135);
10. Nitqin kompozisiya quruluşu (1. 253-255);
11. Münaqişə sosial fenomen kimi (4; s.98)
12. İşgüzar danışıqlar: strategiya və taktiki üsullar (4.s.65);
13. İşgüzar danışıqlarda bədən dili elementləri;
14.Nitq etiketlərinin kommunikasiyada rolu;
15.Onlayn işgüzar kommunikasiya və kompüter diskursu (4, 110).
Ədəbiyyat:
1. Fikrət Şiriyev. Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika, Bakı, Nurlan, 2014;
2. M.Ə.Həmzəyev, S.F.Əmiraslanova. Ünsiyyətin psixologiyası, Bakı,2007;
3. Nadir Abdullayev. Nitq mədəniyyətinin əsasları, Bakı, 2013;
4. Nadir Məmmədov. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Bakı 2021.
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”
fənni üzrə proqramın
məzmunu


Mövzu 1. Azərbaycan dili və onun ünsiyyət imkanları. Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri
Fənnə qoyulan tələblər, fənnin tədrisi zamanı tələbələrə aşılanacaq bilik və bacarıqların qısa icmalı.
Azərbaycan dili dünya azərbaycanlılarının ünsiyyət vasitəsi kimi. Azərbaycan dilinin tipoloji və geneloji bölgüdə yeri. İltisaqi dillərdən biri kimi Azərbaycan dilinin əsas xüsusiyyətləri.
Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri. Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri arasında əsas fərqlər. Azərbaycan ədəbi dilinin üslubi və normativ səviyyədə formalaşmasında başlıca amillər. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin inkişafında aparıcı istiqamətlər.
Mövzu 2. Azərbaycan dili dövlət dili kimi
Azərbaycan dilinin dövlət dili kimi inkişaf yolu. Azərbaycan dilində ilk sənədlər. AXC dövründə dil siyasəti. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dilinin dövlət səviyyəsində inkişaf imkanları.
Müstəqillik dövründə Azərbaycan dili. Heydər Əliyev Azərbaycan dilinin hamisi kimi. Heydər Əliyevin hakimiyyəti dövrlərində Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atılan addımlar, imzalanan qanun və fərmanlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Son illərdə Azərbaycan dili ilə bağlı verilən fərman və qərarlar.
Mövzu 3. Kommunikasiya anlayışı. Kommunikasiya prosesinin mərhələləri
“Kommunikasiya” termini və onun müxtəlif məna çalarları. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnində kommunikasiya – münasibətlərin, biliklərin, düşüncələrin, hisslərin və davranışların “mənbədən” “hədəfə” köçürülməsini təmin edən mübadilə aktı kimi.
Ünsiyyət və kommunikasiya anlayışlarının ümumi və fərqli cəhətləri. Ünsiyyət subyektiv, kommunikasiya obyektiv əlaqələr zamanı mübadilə prosesi kimi.
Kommunikasiya prosesinin təşkili. Kommunikasiyanın tərkib hissələri: Mənbə (kommunikator), mesaj (ötürülən informasiya), kanal (mesajları daşıyan hər hansı bir fiziki vasitə), alıcı (resipient). Mənbə kommunikasiyanın təşəbbüskarı kimi. Mənbənin əsas xüsusiyyətləri.

Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin