Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA” fənninin Sİllabusu


Mövzu 12. Yazılı akademik kommunikasiya



Yüklə 39,82 Kb.
səhifə7/12
tarix03.12.2023
ölçüsü39,82 Kb.
#138009
1   2   3   4   5   6   7   8   9   ...   12
C fakepathsillabus 2023 (1)

Mövzu 12. Yazılı akademik kommunikasiya
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biri kimi. Akademik yazı qaydalarının dünyada qəbul edilmiş modelləri. Akademik yazılarda parafrastik ifadələr. Akademik yazının növləri: məqalə, tezis, annotasiya, monoqrafiya və s.
Mövzu 13. Nitq ünsiyyət prosesi kimi. Nitqin tip və növləri
Nitq verbal kommunikasiyanın əsas atributu kimi. Dil və nitq anlayışları. Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesi kimi. Dil və nitqi birləşdirən ümumi və fərqləndirən xüsusi cəhətlər. Dil və nitqin funksiyaları. Dilin tipləri: daxili və xarici nitq. Daxili nitq – real kommunikasiyadan kənarda baş verən hadisə kimi. Daxili nitqin əsas xüsusiyyətləri; sürətlilik, dil normalarından asılı olmamaq, predikativlik, elliptik tipli cümlə formalarının üstünlüyü. Xarici nitq. Eşidilən, tələffüz edilən nitq kimi xarici nitqə verilən əsas tələblər.
Nitq prosesinin strukturuna görə növləri: monoloji və dialoji nitq. Monoloji nitqin əsas xüsusiyyətləri. Şifahi və yazılı monoloji nitq. Monoloqların məzmununa görə növləri: məlumatverici, təsviredici və s. Spontan monoloji nitq.
Dialoji nitqi səciyyələndirən əsas cəhətlər. Dialoji nitqin strukturu. Dialoqların yazılı formasında durğu işarələrindən düzgün istifadə. Həcminə görə dialoqların növləri: makro və mikro dialoqlar.
Nitq prosesinin maddi cəhətdən həyata keçirilməsinə görə formaları: şifahi və yazılı nitq. Şifahi və yazılı nitqin oxşar və fərqli xüsusiyyətləri. Yazılı nitqin spesifik cəhətləri.
Mövzu 14. Mədəni nitqə verilən əsas tələblər
Mədəni nitqə verilən əsas tələblər:
- Nitqin düzgünlüyü. Ədəbi dil normalarına uyğun, forma və məzmunca düzgün qurulmuş nitq;
- Nitqin dəqiqliyi. Sözlərin ifadə olunan fikrə uyğun seçilməsi gerçəkliyin əks etdirməsinin əsas şərti kimi;
- Nitqin aydınlığı. Səslərin düzgün tələffüzü, intonasiyanın düzgün seçilməsi. Nitqin aydınlığına nail olma üsulları;
- Nitqin təmizliyi. Nitqin təmizliyinin danışanın intellektual səviyyəsi ilə əlaqəsi. Nitqin təmizliyinə xələl gətirən hallar;
- Nitqin zənginliyi. Nitqdə sinonimlərdən, antonimlərdən, məcazlardan, frazeoloji birləşmələrdən, aforizmlərdən yerli-yerində istifadə;
- Nitqin rabitəliliyi. Rabitəli nitqdə hadisənin, faktın izah olunma ardıcıllığı, əsas və ikinci dərəcəli məsələlərin bir-birindən fərqləndirilməsi.

Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin