Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Rəsmi-işgüzar yazılı nitqin leksik xüsusiyyətləri



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   17   18   19   20   21   22   23   24   ...   78
Sofiya m

Rəsmi-işgüzar yazılı nitqin leksik xüsusiyyətləri.
Rəsmi-işgüzar yazılı nitq 
leksik, qrammatik, morfoloji, sintaktik xüsusiyyətlərinə görə digər üslublardan 
fərqlənir.
İşgüzar yazışmalarda ən çox istifadə olunan rəsmi- işgüzar yazılı nitqin leksik 
xüsusiyyətləri elmi ədəbiyyatda aşagıdakı kimi xarakterizə olunur:


1.Rəsmi- işgüzar yazılı nitqin leksikası ali leksikadır. Bu üslubda dilimizdə 
işlənən bir sıra qəlib ifadələr, ştamplaşmış sözlərdən və ifadələrdən istifadə olunur. 
(məsələn: elan etmək, qərara almaq, sərəncam vermək, təklif vermək, müzakirə 
etmək və s.). Bu üslub üçün xarakterik cəhətlərdən ən başlıcası sabit söz 
birləşmələrinə daha çox yer verilməsi və metaforaların, məcazların, epitetlərin, 
frazeoloji birləşmələrin işlənməməsidir.
2.Rəsmi- işgüzar yazılı nitqdə ümumxalq danışıq dilində işlənən bəzi 
sözlərdən də istifadə edilir ki, bu ifadələr sənədlərdə rəsmi xarakter daşıyır.
Məsələn: “qonaq”, “danışıq”, “görüş”, “elçi”, “söhbət”, “səfər”, “razılıq” və s. 
Lakin ümumxalq danışıq dilindən və bədii üslubdan fərqli olaraq, bu sözləri 
rəsmiləşdirmək üçün onların əvvəlinə “rəsmi” sifəti əlavə olunur: “rəsmi görüş”, 
“rəsmi səfər” və s.
3.Rəsmi- işgüzar yazılı nitqin dilində bir sıra terminlər daha fəal istifadə edilir. 
Məs;bəyannamə, bəyanat, diplomatik, konsul, müqavilə, nota, ultimatum, fərman, 
əmr, xasiyyətnamə, etibarnamə, arayış və s.
Qeyd olunanalarla yanaşı rəsmi üslubda müraciət formaları da xüsusi 
əhəmiyyət kəsb edir. Müraciətə təntənəli xarakter vermək, xüsusi hörmət ifadə 
etmək üçün
“cənab”, “zati alilər” kimi xitablardan istifadə olunur. Bu müraciətləri 
formalaşdırarkən xüsusən diqqətli olmalı, müraciət olunan şəxsin mövqeyi, təmsil 
etdiyi dövlətdə qəbul olunmuş normalar, milli və dini xüsusiyyətlər nəzərə 
alınmalıdır. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin