Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
Sofiya m

 
3. ARAYIŞ. 
Arayış türk mənşəli söz olub "arama", "axtarma" mənasındadır. 
Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək və ya harada yaşaması, işləməsi, 
təhsil alması haqqında təşkilat (idarə, müəssisə) tərəfindən verilən rəsmi sənəddir. 
Təşkilatların bir-birinə ünvanladığı arayış növü də vardır. Arayışda müəyyən bir 
hadisənin gedişi və ya cinayət xarakterli bir məsələ də öz əksini tapa bilər. Arayışın 
kimə və nə məqsədlə verilməsi mütləq göstərilməlidir. Arayışın özünəməxsus 
yazılma forması vardır: Vərəqin yuxarı hissəsində ortada böyük hərflə "Arayış" sözü 
yazılır. Vərəqin sol tərəfdən üst küncündə idarənin ştampı, ştampın aşağı sətrində 
arayışın nömrəsi və verildiyi tarix (gün, ay, il) qeyd olunur. Arayış sözünün altında 
nisbətən sağda, ştampın yanından mətnin məzmunu verilir, axırdakı sətirbaşında 
arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı verən idarə rəhbərinin titulu, 
soyadı (bütöv şəkildə), adı və atasının adı (ixtisarla) yazılır, imza ilə təsdiqlənir və 
möhür vurulur. 
 
4. BİLDİRİŞ. 
Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, 
bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və 
məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər 
hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən 
verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət 
mərkəzində saxlanmalıdır: 
 
1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın 
yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;


5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir; 
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və 
ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
5. ELAN. 
Elan çap olunmuş xəbərdir – müəyyən məlumatın əvvəlcədən 
çatdırılması nəzərdə tutulur.
Elana verilən tələblər: 
-məzmun aydın qeyd olunmalıdır; 
-vaxt dəqiq göstərilməlidir

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin