2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz
işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir.
3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır.
4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur.
5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir.
6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu
ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır,
müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.
11. HESABAT.
"Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən
tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə,
təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı
olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan
şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı
sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan
hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir.
Dostları ilə paylaş: