Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Elmi tədqiqatların aparılma qaydaları



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   32   33   34   35   36   37   38   39   ...   78
Sofiya m

 Elmi tədqiqatların aparılma qaydaları 
Müasir dünyada elm cəmiyyətin aparıcı gücü və gələcək rifahı üçün ən önəmli 
sahədir. Bütün dövlətlərdə elmi-texniki tərəqqi cəmiyyətin inkişaf strategiyasının 
əsas prinsiplərindən biridir. Elmi araşdırma və təcrübələrin aparılmasına maksimum 
münbit şəraitin yaradılması, bir çox hallarda dövlət tərəfindən maliyyələşməsi məhz 
bununla bağlıdır. Dünyanın ən aparıcı universitetlərinin eyni zamanda elmi-tədqiqat 
institutları kimi fəaliyyət göstərməsi bir tərəfdən elm və təhsilin paralel inkişafını 
təmin edir, digər tərəfdən də istedadlı tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, elmi 
təcrübə və araşdırmalarda iştirak etməsinə şərait yaradır.
Elmi işlər deyərkən müəyyən araşdırmaların nəticələrini özündə əks etdirən 
məqalə, tezis, dissertasiya, monoqrafiya, dərslik və s. nəzərdə tutulur. Tədqiqata cəlb 
edilən mövzu növ və həcmindən asılı olmayaraq elmi üslubda yazılmalıdır. Bütün 
elmi tədqiqatlar yeni biliklərin əldə olunması, tətbiq edilməsi və cəmiyyətə xidmət 
etməsi üçün aparılır. Lakin hər hansı bir elmi işin bütün cəmiyyət tərəfindən 
anlaşılması da mümkün deyil.
Elmi dil elmi idrak fəaliyyətinin maddi ifadəsinə xidmət edən xüsusi işarələr 
sistemidir. Bu dil müxtəlif elmi məlumatları almağa istəkli və dərk etməyə hazır olan 
insanlar üçün nəzərdə tutulub. Ümumiyyətlə, vahid “elmi dil”, yəni “elmi dildə 
vahid yazma üsulu varmı?” sualının birmənalı cavabı belədir: nə qədər elm sahəsi 
varsa, bir o qədər də spesifik yazı üslubu var. Lakin elmin xarakter (təbiət , dəqiq, 
humanitar və s.) və janrından (məqalə, tezis, monoqrafiya və s.) asılı olmayaraq elmi 
üslubun bir sıra ümumi xüsusiyyətləri də vardır. Bunları aşağıdakı kimi 
qruplaşdırmaq olar: 


1.
Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi; 
2.
İfadənin monoloji xarakteri; 
3.
Əsaslandırılmış faktlar; 
4.
Fikirlərin sistemli və məntiqi ardıcıllığı; 
5.
Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi; 
6.
Terminoloji leksikadan istifadə. 
Hər hansı tədqiqata başlamaq üçün ilk olaraq problem-sual müəyyən edilməlidir. 
Başqa sözlə, tədqiqat mövzusu və tədqiqat problemi təyin edildikdən sonra 
tədqiqatçının cavablamaq istədiyi sual dəqiqləşdirilməlidir. Tədqiqatın məqsədi nə 
qədər aydın və birmənalı olarsa, araşdırma üsul və metodlarının seçilməsi də bir o 
qədər asan və uğurlu olacaq. Cavablanacaq sual bir növ araşdırmanın hədəflərini 
təyin edir. Tədqiqat prosesində hədəfdən yayınmamaq çox önəmlidir. Bəzən 
araşdırdığımız mövzu ilə bağlı o qədər çoxşaxəli informasiya alırıq ki, ilk 
qoyduğumuz hədəf unudulur, təqqiqatın istiqaməti fərqli yönə çevrilir. Bu, tamamilə 
yolverilməzdir. Xüsusən də elmi fəaliyyətin ilk dövrlərində daha konkret məsələlər 
ətrafında araşdırmalar aparmaq tövsiyə olunur. Mövzunu incələyərkən sizə maraqlı 
gələn nüansları bir kənara qeyd edərək əsas hədəf ətraflnda çalışmaq lazımdır. 
Bundan əlavə, tədqiqata başlamaq üçün mövzu ilə bağlı müəyyən mühakimələrə də 
sahib olmalısınız. Bu mühakimələr məsələ ilə bağlı müşahidə etdiyiniz, sınaqdan 
keçirdiyiniz, sizə doğru və yanlış gələn məlumatlar, faktlardır. 
Ümumiyyətlə, hər bir elmi araşdırmanın strukturunda sistem təşkil edən 
elementlər mövcuddur. Bu elementlər sırasında ən önəmli olanları aşağıdakı kimi 
sıralamaq olar: 
1.
Müddəa, bəyan və ifadələrin öncədən ətraflı düşünülməsi; 
2.
İfadənin monoloji xarakteri; 
3.
Əsaslandırılmış faktlar; 
4.
Fikirlərin sistemli və məntiqi ardıcıllığı; 
5.
Mövzu ilə bağlı ədəbiyyatlara istinadların verilməsi; 
6.
Terminoloji leksikadan istifadə. 


Düzgün elmi araşdırma aparmaq, biliklərdən məqsədəuyğun şəkildə istifadə 
etmək üçün bu elementlərdən hər birinin funksiyasını bilmək, fərqini anlamaq 
lazımdır. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin