Monoqrafiyalar adətən geniş
biblioqrafik göstəricilər, qeydlər və s. ilə müşayiət
olunur.
Monoqrafiya bir müəllifin yazdığı əsər yox, konkret
bir mövzuya həsr olunmuş
tədqiqatdır. Buna görə də fərdi və kollektiv monoqrafiyalar mövcuddur. Elmi
mühitdə monoqrafiyaların yazılmasına beşdən çox həmmüəllifin cəlb edilməsi
tövsiyə edilmir. Monoqrafiyanın həcminə gəlincə, bununla bağlı heç
bir normativ
akt yoxdur. Lakin titul vərəqi, ədəbiyyat siyahısı, istinadlar və s.
üçün qəbuledilmiş
normalar mövcuddur.
Dərslik və dərs vəsaitlərindən fərqli olaraq, monoqrafiya digər alimlərin əsərlərinin
məcmuəsi və ya məlum faktların ifadəsi ola bilməz. Monoqrafiya müəllifin (yaxud
müəlliflərin) şəxsi tədqiqatının nəticələrini, yeni fikirləri, problemin orijinal təhlilini
əhatə etməlidir. Dissertasiya işini də monoqrafiya kimi çap etmək mümkündür.
Lakin bu zaman onu daha oxunaqlı hala gətirmək, dilini bir qədər sadələşdirmək
lazımdır. Dar mütəxəssis dairəsi üçün yazılan dissertasiyalardan fərqli olaraq,
monoqrafiyalar daha geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Monoqrafik tədqiqatda elmi-publisistik üslubdan istifadə olunur. Burada dəbdəbəli
başlıqlar, frazeoloji birləşmə və obrazlı ifadələrdən istifadə etmək yolverilməzdir.
Materialın təqdimatını tədricən yekun nəticələrə çatdırmaq, onları mümkün qədər
aydın şəkildə ifadə etmək lazımdır. İstənilən monoqrafiyanın
əsas dəyəri məhz
nəticələrdir.
Dostları ilə paylaş: