- griş;
- ədəbiyyat icmalı;
- əsas hissə;
-nəticələr və tədqiqatın gələcək perspektivləri;
-biblioqrafiya.
Bəs elmi məqalə yazmağa necə başlamaq lazımdır? Hər şeydən əvvəl məqaləni
xırda detallarına qədər əhatə edən plan hazırlanır. Sonra addım-addım plana uyğun
hərəkət etmək gərəkdir. Məsələn, planın bəndlərindən biri məqaləyə ad seçməkdən
ibarətdir. Məqalənin başlığı bir cümlə olsa da onu diqqətlə düşünərək seçmək üçün
zaman ayırmağa dəyər. Başlıq məqalənin məzmununu tam əks etdirməklə yanaşı
cəlbedici olmalıdır. Əks halda bu qədər informasiya axını içərisində sizin işniz
diqqətdən kənarda qala bilər. Məqalənin oxucu marağına səbəb olması üçün
annotasiyanın da düzgün və keyfiyyətli hazırlanması önəmlidir.
Annotasiya
elmi məqalənin məqsəd, məzmun və digər xüsusiyyətlərinə görə qısa
təsviridir. O eyni zamanda məqalənin aktuallığını da müəəyən edir. Oxucu
annotasiya ilə tanış olduqdan sonra məqaləni oxuyub-oxumayacağına qərar verir.
İşin praktiki və elmi əhəmiyyəti, həyata keçirilən metodologiya, əldə edilmiş
nəticələr haqqında məlumatlar da annotasiyada öz əksini tapmalıdır. Annotasiyada
rəqəm, cədvəl, vizual materialların istifadəsi tövsiyə edilmir. Annotasiyanın mətni
elmi üslubun tələblərinə uyğun, aydın, yığcam, anlaşılmaz sözlərə yol vermədən
hazırlanır. Annotasiyanın mətni məqalə ilə eyni olmamalıdır.
Dostları ilə paylaş: