Tezis müxtəlif konfranslarda, kütləvi çıxışlarda, dissertasiya müdafiəsində, eləcə
də həcm məhdudiyyətləri səbəbindən materialın tam təqdimatı mümkün olmadığı
elmi toplularda nəşr üçün, irihəcmli elmi işdə ilkin mərhələ kimi geniş istifadə
olunur.
Annotasiyadan fərqli olaraq tezisdə orijinal mətndən istifadə oluna bilər.
Konfranslara təqdim olunan tezislər 2 növdə hazırlanır. Birinci halda artıq haqqında
ətraflı məqalə yazılmış bir tədqiqat işinin tezisi hazırlanır. Məqalədəki əsas fikirləri,
alınan nəticələri bəndlər formasında təqdim edilir.. İkinci halda isə tezis aparılması
nəzərdə tutulan təcrübənin ilkin detalları, yaxud yazılacaq məqalənin əsas
məqamlarını əhatə edir.
.
Dostları ilə paylaş: