Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Azərbaycan dili ilə bağlı qanun və fərmanlar



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə8/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   4   5   6   7   8   9   10   11   ...   78
Sofiya m

Azərbaycan dili ilə bağlı qanun və fərmanlar. 
Dil, cəmiyyətlə bir vaxtda 
yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır. Cəmiyyətdə baş 
verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol 
oynayır. Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun 
formalaşmasında mütərəqqi rol oynayan Ulu Öndərimiz H.Əliyev Azərbaycan 
dilinin Konstitusiya hüququnun həyata keçirilməsinə, onun inkişafına, tətbiq 
dairəsinin genişləndirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. H.Əliyevin 


müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dili ilə bağlı qəbul edilən 
fərman və qanunlar:
 

1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusi¬yamızda dövlət 
dili kimi Azərbaycan dili adı işlədildi. (21. maddə); 

2001-ci 
il 
iyunun 
18-də 
“Dövlət dilinin tətbiqi işinin 
təkmilləşdirilməsi haqqında” fərman verildi

2001-ci ilin avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan 
dili gününün təsis edilməsi haqqında” fərman verildi; 

2002-ci ilin sentyabrın 30-da 3 fəsil, 20 maddədən ibarət “Dövlət dili 
haqqında” qanun qəbul edildi; 

2003-cü il yanvarın 2-də isə “Azərbaycan Respub¬likasında Dövlət 
dili haqqında” fərman imzalandı. 
Müstəqilliyimizin sonrakı illərində verilən bu fərmanlar Azərbaycan dilinin 
öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi 
dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. 
Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan 
dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir. 
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla 
davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük 
həssaslıqla yanaşır. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana 
dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, 
eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin