Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


İşgüzar kommunikasiyada maneələr



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   11   12   13   14   15   16   17   18   ...   78
Sofiya m

İşgüzar kommunikasiyada maneələr
Kommunikasiya hər şeyin yolunda getdiyi
ötürülən informasiyanın nəzərdə tutulduğu formada alıcıya çatdığı hamar bir proses 
deyil. Nəzərə alsaq ki, kommunikasiyada ən önəmli faktorlardan biri insan amilidir, 
müəyyən maneə, problem, anlaşılmazlıqların ortaya çıxması qaçılmazdır. Çünki 
kommunikasiyanın tərəfləri olan insanlar müxtəlif dərketmə, qavrama, yorumlama 
səviyyəsinə malikdir. İnsanların temperament və emosional çıxışları da fərqli 
olduğundan informasiyanın mənbəyi və alıcı arasında maneələrin yaranması təbiidir. 
Əsas məsələ bu tip baryerlərin vaxtında aşkarlanıb aradan qaldırılmasıdır. 
İnformasiya mübadilə prosesində ən çox aşağıdakı tipli maneələrlə qarşılaşırıq: 
1
.Subyektiv interpretasiya
– Hər bir alıcı qəbul etdiyi informasiyanı, ilk növbədə 
şəxsi ünsiyyət təcrübəsi, təhsil və intellekt səviyyəsi, mühakimə, arzu və istəkləri 
baxımından qiymətləndirir. Bu hallarda insanlar ötürülən mesajdan öz mənafelərinə 
uyğun nəticə çıxarır, eşitdiklərini yox, eşitmək istədiklərini anlayırlar. Bu maneəni 
minimuma endirmək üçün tərəfdaşlar düzgün seçilməli və hazırlanan mesajlar aydın 
və birmənalı tərtib edilməlidir. 
2.
Kommunikatora 
şəxsi 
münasibətdən 
qaynaqlanan 
psixoloji 
maneə

Kommunikasiyanın tərəfləri arasında inam və etibar prosesin keyfiyyətinə birbaşa 
təsir edən amillərdəndir. Etibar edilməyən mənbədən alınan mesaj dəyərsiz hesab 
edilir. Maneələr birbaşa mənbənin avtoriteti ilə bağlıdır. Avtoritet nə qədər yüksək 
olarsa, maneələr bir o qədər az olacaqdır. Bu hallarda alınan məlumatların 
yoxlanılması xüsusilə vacibdir. Bəzən etibar etmədiyiniz mənbədən belə mühüm 
mesajlar ötürülə bilər. İşgüzar kommunikasiyada şəxsi münasibətlər yox
obyektivlik öndə olmalıdır. 
3.
Sosial-mədəni maneə
. Tərəfdaşlar arasında sosial durum, suyasi görüş, dini və 
etnik mənsubiyyət baxımından mövcud olan fərqlər də birbaşa informasiyanın 


qavranılmasında problemlər yaradır. Eyni simvollara müxtəlif anlamların 
yüklənməsi, fərqli etiket və etik normalar, məfhum və hadisələrin 
qiymətləndirilməsindəki baxış bucaqları və s. bu tip maneələrdəndir. Bu kimi fərqlər 
nəinki, mesajın qəbuluna, hətta tərəflərin bir araya gəlməsinə belə neqativ təsir edir. 
Sosial-mədəni baryerlərin aradan qalxması üçün insanların bir-birinə tolerant 
münasibət göstərməsi, dəyərlərə hörmətlə yanaşılması gərəkdir. Sosial-mədəni 
maneələrin aradan qalxması üçün tərəfdaşınızı yaxşı tanımalı, mənsub olduğu sosial 
çevrə, dini və etnik mənsubiyyətindən irəli gələn xarakterik xüsusiyyətləri barədə 
məlumatlı olmalısınız. 
4.
Anlamada maneə.
Buna bəzən dil (linqvistik) baryeri də deyilir. Anlamada 
maneələr 3 formada özünü göstərir: fonetik, üslubi, semantik. 
-fonetik maneə şifahi nitqlə əlaqədardır və aşağıdakı hallarda yaranır: 
a) həyəcan və düzgün nəfəs almamaqdan irəli gələn yavaş nitq. Belə nitq hətta bir 
neçə metrlik məsafədən belə eşidilmir; 
b) çox sürətli nitq də anlamada, dinləyicinin fikri təqib etməsində çətinlik yaradır; 
c) monoton nitqlər də dinləyicini yoraraq diqqətin yayınmasına səbəb olur. Nəticədə 
isə informasiyanın qəbuluna əngəl yaradır; 
d) cümlələrin sonunda müəyyən sözlərin “yeyilməsi” uzun nitqlər zamanı ən çox 
rast gəlinən maneələrdən biridir. 
-
semantik maneə ünsiyyət iştirakçılarının məna sistemlərindəki (tezaurilər) 
fərqlərlə bağlıdır. Bu və ya digər sahələrlə bağlı xüsusi leksikanın anlaşılmaması, 
eyni və yaxud oxşar sözlərin fərqli mənalarda işlənməsini göstərə bilərik. Məsələn, 
“kosmopolitan” sözünün mənasını bilməyən şəxs bu ifadənin kosmosla bağlı 
olduğunu düşünəcək. Əslində isə “kosmopolitan” bütün insanların yeganə 
cəmiyyətdən ibarət olduğunu qəbul edən, heç bir dini-etnik fərq tanımayan dünyəvi 
insan deməkdir. Təbii ki, sözün kökü ilə yeni yaranan termin arasında semantik 
bağlılıq var, lakin leksik baxımdan termin yeni məna çaları əldə etmişdir. 


- üslubi maneə kommunikasiya prosesini kökündən məhv edə bilər. Ötürülən 
məlumatın üslub cəhətdən düzgün qurulmaması anlama və qavramada ən ciddi 
əngəldir. Kütlə qarşısında çıxış zamanı ağır elmi üslubda danışmaq, yaxud ikitərəfli 
işgüzar görüşdə həddindən artıq rəsmi-formal tərzdə ünsiyyət qurmaq, ciddi 
mövzularda yüksək pafos və bədiilik nümayiş etdirmək yolverilməzdir. 
Mövzu 5.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin