Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   13   14   15   16   17   18   19   20   ...   78
Sofiya m

Mübahisə 
fikirlərin, mövqelərin kəsişməsidir. Mübahisə zamanı tərəflər öz 
mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisə hər 
hansı bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə 
çalışan insanlar arasında baş verir. Hər bir müzakirə bu və ya digər dərəcədə 
mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də mübahisədir. Həqiqətin 
ortaya qoyulması naminə aparılan müzakirə faydalı mübahisədir. Bu zaman tərəflər 
yüksək dərəcədə intizamlı olmalı, bir-birinə hörmətlə yanaşmaları ilə hadisələrin 
məcradan çıxmamasına nəzarət edirlər.
Polemika
hər hansı konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) 
aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz 
fikirlərini və mövqelərini rəqibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz 
yunancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, 
polemikada tərəflər arasında ziddiyyət təşkil edən tezis irəli sürülür və onun 
ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çixiş 
edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar. 
Diskussiya
(latinca discussio - baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb 
olan məsələnin müzakirəsidir. Diskussiya yalniz dəlillərin ortaya qoyulması ilə 


aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq 
edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən 
ictimai mübahisələri də diskussiya adlandırırlar. Diskussiyaların özəlliyi ondadır ki, 
orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan 
fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. 
Debat
tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün 
apardıqları çəkişmələrdir. Bu, diskusiyanın bir növü kimi də təqdim olunur. Debatlar 
üçün müəyyən qaydalar tətbiq olunur. Udan və uduzan tərəflər üçüncü tərəfin rəyi, 
səsverməsi ilə təyin olunur. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin