düzgün istifadə edilməsi bu sənədlərin forma və məzmunun,
habelə məqsəd və
vəzifələrinin tam aydın ifadə olunmasında mühüm rol oynayır. Ümumiyyətlə,
mövcud qrammatik qaydalara görə cümlənin əsas üzvü
olan mübtəda və xəbərin
uzlaşması işgüzar sənədlərdə fikrin dolğun ifadə olunması, onun məzmun və
mahiyyətinin düzgün dərk edilməsi üçün zəruri şərtlərdən biri hesab olunur. Ona
görə də işgüzar sənədlərin tərtibatında bu mühüm qrammatik
qaydaya ciddi surətdə
əməl olunmalıdır. Bunu nəzərə alaraq, işgüzar üslubun
əhatə etdyi sənədlərin
tərtibatı zamanı mübtəda və xəbərin uzlaşması xüsusi olaraq diqqətdə saxlanmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, bu üslubda mübtəda bir qayda olaraq, idarə,
müəssisə və təşkilatların adları ilə ifadə olunur. Sənədlərin tərtibi zamanı həmcins
üzvlü cümlələrə daha çox yer verilir. Həmin cümlələrdə adətən bir mübtəda bir neçə
xəbərlə və yaxud bir neçə xəbər bir neçə mübtəda ilə uzlaşdırılır.
Rəsmi- işgüzar üslubun dili bir sıra xüsusiyyətlərinə görə fərqlənən iki
normanı əks etdirir:
-
Sənədin sxeminə uyğun dil materiallarını idarə edən dil normalarını;
-
Sənədin
məzmununu, mətnini idarə edən mətn normalarını.
Sənədlərdə təkcə xüsusi üslubu deyil, həmçinin onların tərtib olunması
qaydalarının düzgünlüyünü, ştampların mövcudluğunu da nəzərə almaq lazımdır.
Buna görə də çox vaxt hazır blanklardan istifadə olunur.
Rəsmi-işgüzar üslub
sənədlərin-beynəlxalq razılıqların, dövlət aktlarının, hüquqi qanunların, işgüzar
sənədlərin və s. üslubudur. Məzmun müxtəlifliyinə və janr fərqlərinə baxmayaraq,
rəsmi-işgüzar üslub bir sıra ümumi cəhətlərlə xarakterizə olunur. Buraya aiddir:
-
mətnin yığcamlığı;
-
materialın
standart formada yerləşməsi;
-
terminologiyanın, nomenklaturanın, mürəkkəb sözlərin ixtisarı,
abreviaturanın və s. istifadəsi;
-
cümlədə sözlərin düzgün ardıcıllığı;
-
ekspressiv leksikanın yoxluğu;
-
- fərdi olmaması.
Bundan başqa, işgüzar nitqdə şəxs əvəzliklərinin (o, onlar)
istifadəsi yol
verilməzdir. Belə ki, onlar məzmunun dəqiqliyinə və aydınlığına xələl gətirə bilər.
Sintaksis baxımından işgüzar nitq məntiqi olmalı, faktlara əsaslanmalıdır. Bu
səbəbdən də işgüzar mətnlərdə mürəkkəb konstruksiyalar üstünlük təşkil edirlər;
bağlayıcılı mürəkkəb cümlələr məntiqi münasibətləri ifadə etmək üçün ən yaxşı
vasitədir.
Dostları ilə paylaş: