Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
Sofiya m

12. XƏBƏRDARLIQ.
"Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), 
farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, 
"xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və 
ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar 
etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi 
hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama 
zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir.
13. İZAHAT
"İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, 
məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat 
müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola 
bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin 
vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı 
və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" 
sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama 
verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.


14. MÜQAVİLƏ
. "Müqavilə" ərəb mənşəli söz olub, "qarşılıqlı razılaşma", 
"anlaşma" deməkdir. Məzmununa görə müqavilənin müxtəlif növləri vardır: sülh 
müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, icarə müqaviləsi və s. Müqavilələr 
müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin nümayəndələri tərəfindən təsdiqlənir. 
Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta 
qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və hər tərəfdə eyni 
qüvvəyə malik 2 nüsxə saxlanılır. 
15. MÜRACİƏT.
"Müraciət" ərəb mənşəli söz olub "rica", "çağırış" mənasını 
ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı formada olan müraciətdə 
aşağıdakılar nəzərdə saxlanılır:
1. Müraciətin kimə ünvanlandığı qeyd olunur;
2. Müraciətin mətni məzmunlu və qısa olur;
3. Sonda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir. 
4. Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin