Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   30   31   32   33   34   35   36   37   ...   78
Sofiya m

Qeyri-refleksiv dinləmə
. Bu növ dinləmə həmsöhbətin nitqinə qarışmamağı nəzərdə 
tutur. Qeyri-refleksiv dinləmə informasiyanın mənimsənilməsinin ilk mərhələsidir. 
Başqa sözlə desək, həmsöhbətin nitqinə müdaxilə etmədən və ya minimal müdaxilə 
ilə diqqətli sükutdur. Bu dinləmə növündə kritik hallarda mühakimə və 
qiymətləndirmə məzmunu olmayan sadə ifadələr (bəli, aha, aydındır və s.) və 
mimika, jestlərdən istifadə etməklə söhbətə qoşulmaq mümkündür. Qeyri-refleksiv 
dinləmə aşağıdakı hallarda uyğundur: 
-
həmsöhbət öz fikrini bildirmək istəyir; 
-
həmsöhbət problemini danışır; 
-
mübahisəli söhbətin kulminasiya hissəsində. 
Qeyri-refleksiv dinləmə çox vaxt həmsöhbətin ehtiyac duyduğu yeganə şeydir, 
çünki hər kəs ilk növbədə eşidilmək istəyir. 
Refleksiv dinləmə
isə danışan və dinləyici arasında daha aktiv üssiyyəti nəzərdə 
tutur. Dinləyici diqqətlə dinləməklə yanaşı, həm də müxtəlif açıq və üstüörtülü 
suallar , ifadə və izahlarla nə anladığını da ortaya qoyur. Məhz bu qarşılıqlı izah və 
təkrarlar ünsiyyətin aydınlaşdırıcı və tənzimləyici elementi kimi ortaya çıxır. ”Başa 
düşmədim, Nə demək istəyirsiniz?, Zəhmət olmasa, bir də təkrar edin və s. eləcə də 
fikri başqa şəkildə ifadə etmək dəqiqliyi yoxlamaq üşündür. Belə başa düşdüm ki,.... 
Siz demək istəyirsiniz ki,....Sizin fikrinizcə,....və s. ifadələrin köməyi ilə dinləyənin 
emosional vəziyyətini əks etdirməyə yönəldir”. 


Bunlardan əlavə, daha iki dinləmə üsulu haqqında danışmaq olar: 
tənqidi və 
empatik. Tənqidi dinləmə
zamanı dinləyici əvvəlcə alınan məlumatın tənqidi 
təhlilini aparır, sonra onu anlamağa çalışır. Bu çox zaman dinləyicinin 
münasibətindən asılı olur, daha doğrusu o, əvvəldən informasiyanı rədd etmək 
mövqeyində dayanır. Müəyyən layihələrin, ideyaların, baxışların müzakirə edildiyi 
yerdə belə dinləmə məqsədəuyğundur, lakin yeni məlumat və biliklərin ötürüldüyü 
yerdə isə perspektivsizdir. 
Empatik dinləmədə
sözlərdən ziyadə sözlərin oyatdığı hisslər önəmlidir. Bu tip 
dinləmədə əgər danışan dinləyicidə müsbət emosiyalar doğurursa, ünsiyyət təsirli, 
mənfi emosiyalar doğurursa, təsirsiz olur. 
Dinləmə zamanı aldığımız informasiyanın çox kiçik hissəsi yaddaşımızda qalır. 
Lakin effektiv dinləmə üsullarından istifadə edərək bu nisbəti əhəmiyyətli dərəcədə 
artırmaq mümkündür. 
Dinləmə zamanı həmsöhbətə dəstək olmaq üçün aşağıdakı üsullardan istifadəni 
nəzərdə tutur: 
- aydınlaşdırma, “Mən başa düşmədim”; 
- parafraz, yəni həmsöhbətin sözlərini öz sözlərinizlə təkrarlayın ki, onu düzgün başa 
düşdüyünüzə əmin olsun: "Sən belə düşünürsən ..."; 
– hisslərin əks olunması: “Başa düşürəm ki, indi qəzəblisən…”; 
- motivasiya: "bundan sonra nə var ..."; 
- qiymətləndirmələr: “təklifiniz cazibədardır”, “xoşuma gəlmir”; 
– xülasə: “Deməli, siz düşünürsünüz… 
İşgüzar ünsiyyətin əsas xüsusiyyəti onun müəyyən reqlamentə tabe olmasıdır ki, 
bu da iştirakçıların işgüzar etiketə riayət etmə ehtiyacında özünü göstərir. Ünsiyyət 
prosesi proqnozlaşdırıla bilən və normativ davranış qaydalarına tabe olmalıdır ki, 
bunların məcmusu "etiket" anlayışı ilə ifadə edilir. 
Etiket - ünsiyyət prosesində insan davranışının xarici formalarını və onların 
münasibətlərini tənzimləyən norma və qaydalar sistemidir. 
Etiket termini XVII əsrin əvvəllərindən işlənməyə başlasa da əlbəttə ki, bir sıra 
nəzakətli davranış qaydaları xüsusi bir terminlə təyin edilməzdən çox əvvəl mövcud 


idi. Qədim dövrlərdən bəri insan münasibətlərinin xarici təzahürlərini tənzimləyən 
yazılmamış qaydalar inkişaf etməyə başladı. Bu qaydalar ünsiyyətdə hörmət, 
xoşməramlılıq, mehribanlıq ideyaları ilə insanların davranış və münasibətini 
əlaqələndirmək vərdişini formalaşdırmışdır. 
Ünsiyyətdə etiket normaları insanların sevgi və hörmət daxilində bir-birini 
tanıması üçün mövcud olan sosial ehtiyacı ödəmək naminə yaradılmışdır. Məqbul
davranış formalarını tənzimləyən etiket normaları və qaydalar toplusu tarixi xarakter 
daşıyır və cəmiyyətin mədəni səviyyəsi ilə müəyyən edilir. İstənilən cəmiyyətdə 
etiket normaları var ki, bunun sayəsində münasibətlərdə müəyyən bir nizam qorunur 
və insanların hərəkətlərində və davranışlarında ardıcıllıq əldə edilir. 
Müasir etiketin ümumi prinsipləri aşağıdakılardır: 
- humanizm; 
- fəaliyyətin məqsədyönlülüyü; 
- davranışın estetik cəlbediciliyi; 
- öz ölkəsinin və işgüzar əlaqələrin qurulduğu digər ölkələrin adət-ənənələrinə 
hörmət. 
İşgüzar etiketdə yaş, cins kimi dünyəvi modellər yox, subardinasiya önəmlidir. İş 
prosesi müxtəlif yaş, cins, təhsil səviyyəsi və dünyagörüşü olan insanların birgə 
fəaliyyətidir. Müəyyən ortaq hədəflərin həyata keçirilməsi üçün bir araya gələn 
insanlar müəyyən ümumi qaydalara da əməl etmək məcburuyyətindədirlər. İş 
həyatında əməl olunmalı əsas qaydalara nəzər salaq: 
1.Dəqiqlik (punktual olmaq). Unutmamaq lazımdır ki, zaman ən qiymətli resursdur 
və itirildiyi halda əsla bərpa edilmir. Uğurlu iş adamı olmaq istəyirsinizsə, özünüzün 
və tərəfdaşınızın zamanını dəyərləndirməyi öyrənin. İşgüzar görüş və səfərlərə 
gecikməyin. Əksər insanlar zamanı düzgün dəyərləndirməyənlərlə iş görmək 
istəmir. 
2.Nəzakətli olmaq. Səmimi təbəssüm bir çox iş adamının vizit kartıdır. Həmkar və 
tərəfdaşlarla nəzakətli ünsiyyət problemlərin həllində sizə kömək edəcək. 
3.Təvazökarlıq. Bu xüsusiyyət insana həmişə başucalığı gətirir. Təvazörkarlıq daha 
çox özünə güvənən insanlarda rast gəlinir və qarşı tərəfdən yüksək qiymətləndirilir.


4.Tolerantlıq. İşgüzar ünsiyyət zamanı siyasi baxış, milliyət, dini mənsubiyyət, 
xarici görkəm və s. asılı olmayaraq insanlara hörmətlə yanaşmaq etik qaydalarının 
ən önəmlilərindəndir. 
5.Təmkinli olmaq. İstənilən məsələdə həmkarınızın qərarına və ya fikrinə hörmət 
etməlisiniz. İşgüzar etiket normaları hisslərinizə nəzarəti itirməməyi, təmkinli və 
mehriban olmağı tələb edir. İstənilən vəziyyətdə, tərəfdaşların və ya rəhbərliyin 
istənilən qərarına adekvat cavab vermək üçün emosiyalarınızı cilovlamaq lazımdır. 
Bütün sadalananlardan əlavə, məxfi məlumatları açıqlamamaq, işi nəzərdə 
tutulduğu vaxt təhvil vermək, müqavilədə nəzərdə tutulmuş öhdəlik və şərtləri 
vaxtında və dəqiq yerinə yetirmək də iş həyatında etik normalar kimi qəbul edilir. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin