- məlumatlandırıcı (tədris materialına uyğun yeni bilik və informasiyanın
ötürülməsi);
- yönləndirici (ixtisas, gələcək peşə və akademik intizamla tanışlıq);
- metodoloji (müvafiq elmin metodologiyası, elmi-tədqiqat metodları ilə bağlı
təsəvvürün formalaşdırılması);
- həvəsləndirici və stimullaşdırıcı (fənni müstəqil öyrənməyə, tədqiqat işinə,
özünütəhsil və peşəkar inkişafa təşviq);
- tərbiyəvi (dəyərlərin dərk edilməsi və qəbulu; öyrənilən materialın
məzmunu
vasitəsilə dünyagörüşünün, münasibətlərin formalaşdırılması, mühazirəçi-
müəllimlə ünsiyyət);
- inkişafetdirici
(təfəkkürün, nitqin, yaddaşın, xüsusi qabiliyyətlərin və s. inkişafı).
Mühazirələr üçün xarakterik olan əsas cəhətlər isə bunlardır:
-ən azı 10-15 səhifəlik (bir mövzu üçün) material;
-
məntiqi konstruksiyaların, sübutların və ümumiləşdirmələrin əsaslılığı,
mürəkkəbliyi;
- müvafiq elm sahəsinin əsas anlayışlar sisteminin , metodologiyasının izahı;
- fəndaxili və fənlərarası əlaqələrin əsaslandırılması;
- nəzəriyyə və təcrübənin inkişaf səviyyəsinin təhlili və elmi qiymətləndirilməsi;
- tələbələrin peşəkar inkişafı üçün tədris edilən fənnin və müvafiq elmin
əhəmiyyətinin əsaslandırılması.
Tədris prosesində bir neçə mühazirə növündən istifadə olunur. Bunların arasında
“giriş mühazirə”, “istiqamətrverici mühazirə”, “icmal mühazirə”, “yekun mühazirə”
və s. göstərmək olar. Strukturuna gəlincə isə tip və növündən asılı olmayaraq
mühazirə üç hissədən ibarət olmalıdır: giriş, əsas hissi və nəticə. Girişdə lektor
mühazirə mövzusunun məqsədini, toxunduğu məqamları, əhatə etdiyi məsələləi izah
etməklə tələbələrin diqqət və marağını cəld etməli, bir növ auditoriyanı bu mövzu
ətrafında
düşünməyə, dinləməyə, yeri gələrsə dialoqa qoşulmağa hazır vəziyyətə
gətirməlidir. Bu baxımdan mühazirənin giriş hissəsinin mükəmməl hazırlanması çox
önəmlidir. Mühazirənin girişi ağır elmi dildə olmamalı, terminoloji leksikadan az
istifadə edilməlidir. Unutmaq lazım deyil ki, mühazirə şifahi akademik
kommunikasiya formasıdır və yazılı elmi dillə müqayisədə daha aydın və anlaşıqlı
hazırlanmalıdır.
Mühazirənin əsas hissəsi bütünlükdə mövzunun şərhi və izahına həsr olunur. Bu
hissə tamamilə elmi xarakter daşımalı, nəzəri
məlumatlar müvafiq elmi
ədəbiyyatdakı fikirlərə uyğun olmalı, məsələ ilə bağlı mübahisəli məsələlərdən yan
keçilməməlidir. Ali məktəb təhsilinin ən mühüm keyfiyyətlərindən biri də məhz
budur. Müəyyən mövzularla bağlı alimlərin müxtəlif fikirlərini, fərqli yanaşma
tərzlərini tələbələrə olduğu kimi çatdırmaq, onların mövqeyini, hansı
alimin
müddəalarına üstünlük verdiklərini öyrənmək, bir sözlə düşünməyə, müqayişə edib
nəticə çıxarmağa yönləndirmək universitet təhsilinin əsas məqsədlərindən biridir.
Nəticə isə mühazirədə izah olunan məsələlərin məntiqi yekunu, ümumiləşdirilmiş
icmalıdır. Nəticədə mühazirə zamanı ortaya çıxmış elmi biliklər, müddəa və
qanunauyğunluqlar bir daha qısa şəkildə vurğulanır. Daha doğrusu, bu mühazirədən
nələr öyrəndik sualına cavab verilir.
Mühazirə formasında dərs müasir təhsil sistemimizin əsasını təşkil etsə də burada
da bəzi çatışmazlıqlar mövcuddur. Əsas problem passiv dinləyici məsələsidir.
Təcrübə göstərir ki, bəzən hərtərəfli hazırlanan və təqdim olunan mühazirələr belə
auditoriyanın marağını cəlb edə bilmir.
Müasir dövrdə müxtəlif texniki vasitələrin tətbiqi ilə informasiyanın vizual şəkildə
təqdimolunması mühazirələrin daha dinamik və cəlbedici təşkil edilməsinə şərait
yaradır. Vizuallaşdırma verbal (sözlü) informasiyanın vizual (görüntülü) formaya
transformasiyasını nəzərdə tutur ki, bu, abstrakt və nəzəri anlayışların təsəvvürünə
şərait yaradaraq yalnız eşitmə deyil, görmə orqanlarının da informasiyanın qəbulu
prosesində iştirakını təmin edir.
Qərb təhsil sistemmində tələbələrdə idrak proseslərini sürətləndirmək,
dinləmə
keyfiyyətini artırmaq üçün “ikilikdə mühazirə”, “səhv hazırlan mühazirə” kimi
variantlardan da istifadə edilir. “İkilikdə mühazirə” iki müəllimin eyni mövzu
ətrafında dialoq, fikir mübadiləsi, mübahisəsi əsasında qurulur ki, məqsəd
auditoriyanı
da müzakirəyə qoşmaq, tələbələrin də mülahizələrini eşitməkdir. Bu
tərz mühazirələr üçün adətən problemli mövzular seçilir, material mövzu ilə bağlı
müxtəlif baxış və ziddiyyətli yanaşmalar formasında təqdim edilir.
“Səhv hazırlanan mühazirə”lər də tələbələrin aktivliyini artırmaq məqsədi güdür.
Bu tip mühazirələrin aparılması metodikası aşağıdakı kimidir: Mövzu elan
edildikdən sonra müəllim mühazirədə məzmun və metodik baxımdan səhvlərin
olduğunu elan edir. Səhvlərin miqdarı isə mövzunun həcmi və auditoriyanın hazırlıq
səviyyəsindən asılıdır. Müəllim və tələbələr arasında tam etibarı təmin etmək üçün
səhvlərin siyahısı əvvəlcədən hazır şəkildə olmalıdır. Mühazirənin sonunda tələbələr
müəllimin buraxdığı səhvləri adlandırmalı və düzəltməlidirlər.
Hər iki mühazirə tipi tələbələrin aktivlivliyi üçün zəmin yaradır, onlarda
informasiyanı sadəcə qəbul etməklə kifayətlənməmək,
analiz və qiymətləndirmə
aparmaq bacarıqlarını da inkişaf etdirməyə sövq edir.
Dostları ilə paylaş: