Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
Sofiya m

Dərslik 
tədris olunan fənnin təsdiqlənmiş proqramını bütünlüklə əhatə edən 
akademik nəşr növüdür. Dərslikdə bütün mövzular sistemli şəkildə, ardıcıllıqla, 
başlıq, yarımbaşlıqlar formasında təqdim edilir. Elmi istiqamətə uyğun olaraq 
cədvəllər, sxem və qrafiklər, müəyyən izahedici terminoloji lüğət, çalışma və 
tapşiriqların verilməsi də dərsliyə xas xüsusiyyətlərdən biridir. Ali məktəb 
dərsliklərinin hazırlanmasında diqqətə alınacaq əsas cəhətlər bunlardır: 
-
universitetin (yaxud ixtisasın) texniki və humanitar yönümlü olması; 
-
tələbələrin yaşı və bundan irəli gələn qavrama səviyyələri
-
fənnin məcburi, yoxsa seçici olması; 
-
dərsə verilən saatların miqdarı; 


-
fənnin nəzəri, yoxsa praktiki əhəmiyyət daşıması və s. 
Dərsliklər daim yenilənən tədris vasitəsidir. Elmin durmadan inkişafı, müasir 
gənclərin tələb və istəklərinin dəyişməsi dərsliklərin mütamadi olaraq 
yenilənməsini, günün tələblərinə cavab verməsini tələb edir. İnformasiya 
texnologiyalarınn inkişaf etdiyi, bütün dərslik, dərs vəsaiti və əlavə kitabların 
əlçatan olduğu dövrdə yüksək səviyyəli dərslik yazmaq müəllifdən savad, təcrübə, 
müasir tələbləri düzgün qiymətləndirməyi tələb edir. Çünki müasir tələbənin 
müxtəlif dillərdə əldə edə biləcəyi dərslik sayı istənilən qədərdir. 
Dərs vəsaiti
də tədris proqramına uyğun hazırlanan, dərsliyi tam və ya qismən 
əvəz edən nəşr hesab olunur. Dərs vəsaitinin hər bölməsində nəzəri materiala uyğun 
sual və tapşırıqların verilməsi tələb edilir. Əksər hallarda dərs vəsaiti dərsliyə əlavə 
olaraq hazırlanır. Bəzi istisna hallarda isə dərsliyi bütünlüklə əvəz edə bilir. Dərs 
vəsaitlərində adətən daha yeni və uyğun tədris materialı verilir, çünki dərsliklə 
müqayisədə daha tez və operativ hazırlanır. Bununla belə, dərs vəsaitinə daxil 
edilmiş tədris materialı dərslikdə verilən fundamental biliklərə və müddəalara uyğun 
olmalıdır.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin