Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
Sofiya m

Elmi məqalə
ən çox istifadə olunan akademik yazı nümunəsidir. Növündən asılı 
olaraq elmi məqalələrin məzmuni bir-birindən fərqlənir. İcmal məqsədilə yazılan 
məqalələrdə müəllif mövcud ədəbiyyatları təhlil edərək mövzunun tədqiqat 
səviyyəsini qiymətləndirir, həll edilməmiş problemləri və bu sahədə tədqiqat 
perspektivlərini müəyyənləşdirir. Adətən icmal məqalələr mövzuya dərindən bələd 
olan, bu sahədə sözünü demiş təcrübəli alimlər tərəfindən yazılır. 
Elmi məqalənin digər növü hesab edilən eksperimental məqalələrin müəllifləri isə 
əsasən magistr tələbə, doktorant və yaxud elmdə yeni addımlarını atan gənc alimlər 
olur. Bu tip məqalələrdə müəəyən konkret tapşırığa əsasən aparılan təcrübə və onun 
nəticələri ifadə edilir. Növündən asılı olmayaraq elmi məqalələr aydın struktura 
malikdir və bir qayda olaraq aşağıdakı hissələrdən ibarətdir: 
- başlıq (başlıq); 
- annotasiya; 
- açar sözlər; 


- griş; 
- ədəbiyyat icmalı; 
- əsas hissə; 
-nəticələr və tədqiqatın gələcək perspektivləri; 
-biblioqrafiya. 
Bəs elmi məqalə yazmağa necə başlamaq lazımdır? Hər şeydən əvvəl məqaləni 
xırda detallarına qədər əhatə edən plan hazırlanır. Sonra addım-addım plana uyğun 
hərəkət etmək gərəkdir. Məsələn, planın bəndlərindən biri məqaləyə ad seçməkdən 
ibarətdir. Məqalənin başlığı bir cümlə olsa da onu diqqətlə düşünərək seçmək üçün
zaman ayırmağa dəyər. Başlıq məqalənin məzmununu tam əks etdirməklə yanaşı 
cəlbedici olmalıdır. Əks halda bu qədər informasiya axını içərisində sizin işniz 
diqqətdən kənarda qala bilər. Məqalənin oxucu marağına səbəb olması üçün 
annotasiyanın da düzgün və keyfiyyətli hazırlanması önəmlidir. 
Annotasiya
elmi məqalənin məqsəd, məzmun və digər xüsusiyyətlərinə görə qısa 
təsviridir. O eyni zamanda məqalənin aktuallığını da müəəyən edir. Oxucu 
annotasiya ilə tanış olduqdan sonra məqaləni oxuyub-oxumayacağına qərar verir. 
İşin praktiki və elmi əhəmiyyəti, həyata keçirilən metodologiya, əldə edilmiş 
nəticələr haqqında məlumatlar da annotasiyada öz əksini tapmalıdır. Annotasiyada 
rəqəm, cədvəl, vizual materialların istifadəsi tövsiyə edilmir. Annotasiyanın mətni 
elmi üslubun tələblərinə uyğun, aydın, yığcam, anlaşılmaz sözlərə yol vermədən 
hazırlanır. Annotasiyanın mətni məqalə ilə eyni olmamalıdır.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin