üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat
və təşviqat məqsədilə
publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək
üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim,
şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir qismi
(prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi)
müdafiəedici xarakterdə olur. İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis
və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara,
obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.
Dostları ilə paylaş: