Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı
− Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ
etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril
qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi
şəkildə həyata keçirilməsi mühüm tarixi hadisədir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23
may 2012-ci il tarixli Sərəncamı
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını, dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə
əlaqələndirilməsini təmin etməkdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli Sərəncam
“Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli
Sərəncamı
dövlət dilimizi xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq
göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin
həyata keçirilməsinə meydan açıb.
"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il
tarixli fərmanda
haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala
adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan dilinin
zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan
leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və
kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin
saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır.
Mövzu 3.
Dostları ilə paylaş: |