Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə13/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   9   10   11   12   13   14   15   16   ...   59
Mövzular 2023

İşgüzar söhbət. idarəetmədə yaranmış hər hansı bir problemin həllinə xidmət edən və əksər hallarda 2 nəfər arasında baş tutan kommunikasiya formasıdır. Müxtəlif şirkət və təşkilat nümayəndələri arasında reallaşan işgüzar görüşlərdən fərqli olaraq işgüzar söhbət əksər hallarda eyni iş yerində çalışan əməkdaşlar arasında yaşanır və çox zaman qeyri-rəsmi xarakterdə olur. İşgüzar söhbətin məqsədləri aşağıdakılardır:

  • həmsöhbətə müəyyən təsir göstərməklə, onu hərəkətə gətirmək, yeni iş münasibətləri yaratmaq;

  • yaranmış problemin mahiyyətini başa düşmək;

  • işçilərin açıqlamalarına və fikirlərinin təhlilinə əsaslanan həll yolu işləmək;

  • işçi ideya və niyyətlərin birgə axtarışı, irəli sürülməsi və operativ işlənməsi;

• artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqələndirilməsi;
• işgüzar fəallığın stimullaşdınlması;
İşgüzar söhbət dialoq şəklində baş verir. Bunun üçün görüş zamanı veriləcək suallar, irəli sürüləcək mülahizələr diqqətlə seçilməli, həmsöhbətin müzakirə olunan mövzuya şəxsi münasibətinin ortaya çıxmasına yardımçı olmalıdır.
Söhbəti sual verən şəxs idarə edir, buna görə söhbəti düzgün istiqamətə yönəltmək və nəzarətdə saxlamaq üçün açıq və birmənalı suallardan istifadə etmək məqsədəuyğundur.
İşgüzar söhbət növləri:
İş görüşməsi (işə qəbul).
Söhbətin məqsədi aşağıdakıları müəyyən etməkdir:

  • namizədin işin öhdəsindən gəlmək potensialını və bunu başqalarından daha yaxşı edə biləcəyini;

  • namizədin şəxsi keyfiyyətlərinin təşkilatın davranış şərtlərinə uyğun olub-olmamasını;



İşdən çıxarıldıqda söhbət (çıxış görüşü).
Söhbətin gedişi işçinin işdən çıxarılma səbəblərindən asılıdır.

  • bir şəxs öz iradəsi ilə gedərsə, təşkilatda baş verənlər barədə doğru məlumat əldə etmək üçün işdən çıxmağının səbəbini daha ətraflı öyrənə bilərsiniz. Əgər səbəb iş prosesi ilə bağlı qarşıdurmadırsa, təşkilatın imicinə xələl gətirən informasiyanın yayılmasının qarşısını almaq üçün vəziyyəti yumşaltmağa çalışmaq, işçinin könlünü almaq vacibdir.

  • bir işçi işəgötürənin təşəbbüsü ilə işdən ayrılırsa, belə bir qərarın səbəblərini izah etmək, zəruri hallarda təşkilatın əmək bazarında nüfuzunu qorumaq üçün psixoloji və ya konsultativ dəstək vermək mümkündür.




  • İntizam söhbətləri.

Belə söhbətlər hər hansı əməkdaşın işində problemlər olduqda, intizam pozuntuları baş verdikdə keçirilir. Bu söhbətin konstruktiv bir təbiətə sahib olması üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

  • işçi və onun işi barədə bütün lazımi məlumatları əvvəlcədən toplamaq;

  • aşağıdakı mesajlar ardıcıllığına əməl etmək:

  • işçinin işi barədə müsbət cəhətləri öncə vurğulayıb daha sonra tənqidə keçmək;

  • işçinin qabiliyyətlərinə və motivasiyasına inam ifadə edərək vəziyyəti necə düzəltməyi öyrətmək.

  • şərhləri mümkün qədər spesifik etmək;

  • şəxsiyyəti deyil, işi tənqid etmək.




Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin