İşgüzar görüş. İşgüzar görüş ünsiyyət mübadilə forması olaraq özündə insanların bir-biri ilə kontaktı zamanı müəyyən informasiya mübadiləsini, birgə fəaliyyət və əməkdaşlıq üçün bir araya gəlməyi ehtiva edir. Produktiv əməkdaşlıq, məqsəd və mövqelərin yaxınlığı, tərəfdaşlıq münasibətlərinin inkişafı işgüzar kommunikasiyanın əsas vəzifələrindəndir. İşgüzar görüş konkret vəzifələrin yerinə yetirilməsi üçün müəyyən məqsədə yönəlmiş fəaliyyətdir. Məhz bu cəhəti ilə də ümumi ünsiyyətdən fərqlənir.
İşgüzar görüş kontakt qurmaqla başlayır, ikinci mərhələ özünü təqdim etməkdən ibarətdir. İlk görüş zamanı unutmayın ki, məhz qurduğumuz ünsiyyətin keyfiyyəti insanların bizə yaxınlaşma dərəcəsini müəyyənləşdirir, ünsiyyətimizə görə haqqımızda fikir formalaşır, ünsiyyətimiz qədər dəyər görürük. Belə olduqda, xüsusilə peşəkar iş həyatında yazılmamış qaydalar ortaya çıxır. Xüsusən də bu qaydalar yeni başlayan işgüzar münasibətlərdə çox önəmlidir. İlk işgüzar görüş üçün aşağıdakılar nəzərə alınmalıdır:
Öncə siz salamlaşın və bacardığınız qədər gülərüz olun. Bu hərəkətlər sizi daim bir addım irəlidə tutacaq;
Tərəfdaşınıza hörmətlə yanaşdığınızı və onu önəmsədiyinizi ilk dəqiqələrdən hiss elətdirin;
2) Yaxşı dinləyici olmaq uğurlu ünsiyyət üçün vacib şərtdir;
3) Qarşınızdakının fikir və hisslərini başa düşməyə çalışın, anlayış göstərin;
4) İlk görüşdən tərəfdaşınızı inandırmaq, fikirlərinizi qəbul etdirmək bir o qədər də vacib deyil. Bunu daha sonraya saxlayın. Hələlik isə onu olduğu kimi qəbul edin.
5) Anlaşılmazlıqlara yol verməmək üçün kifayət qədər sadə, aydın bir ünsiyyət qurun.
6) Danışıq və hərəkətlərinizdə uyum olsun, qarşı tərəfdə inanılacaq insan təsəvvürü yaradın.
8) İnsanlar söylədiklərinizdən daha çox necə danışdığınıza diqqət yetirir, bədən dilinizi düzgün və effektiv istifadə edin.
9) Uyğun olmayan hərəkətlərdən, yersiz pafosdan və ya zarafatlardan çəkinin, qarşı tərəfdən gözlənilməz bir reaksiya ilə qarşılaşa bilərsiniz.
İstənilən növ işgüzar görüşlərin işlənib hazırlanmasına xüsusi diqqət yetirilməli, aşağıdakı məqamlar nəzərdən qaçmamalıdır:
danışıqların strategiyasını və taktikasını müəyyənləşdirmək.
İşgüzar söhbətlərin düzgün aparılması əmək məhsuldarlığının 20-30% artmasına şərait yaradır. Bəzi firmalar işgüzar danışıq sənətini mükəmməl bilənləri “danışıq mütəxəssisi” kimi işə götürürlər.
İşgüzar görüşlər, ümumiyyətlə beş mərhələdən ibarətdir:
1) söhbətin başlanğıcı;
2) məlumat ötürülməsi;
3) mübahisə;
4) həmsöhbətin dəlillərinin təkzib edilməsi;
5) qərar vermə.
Araşdırmalar sübüt edir ki, işgüzar görüşləri uğurla yekunlaşdırmaq üçün bəzi amillər mövcuddur və onları belə qruplaşdırmaq olar: