Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə28/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
Mövzular 2023

Faktlar – empirik (təcrübədən əldə edilmiş) məlumatlar olaraq reallığın bir parçasıdır və elmin təməlini təşkil edir. Elmin inkişafı bir qayda olaraq köhnə nəzəriyyə çərçivəsində proqnozlaşdırılması və izahı olmayan yeni faktların ortaya çıxması hesabına mövcud nəzəriyyənin təkmilləşdirilməsi və dəyişdirilməsidir. Müşahidə və təcrübələrin elmi fakt hesab edilməsi üçün isə 2 şərt lazımdır:

  1. təkrar müşahidə və təcrübələr;

  2. sistemləşdirmə, təsnifat və ümumiləşdirmə kimi nəzəri təhlillər.

Hipotez – bir faktın, hadisənin və ya prosesin doğruluğu və yanlışlığı haqqında izahat vermək və ya nəticə çıxarmaq üçün irəli sürülən fərziyyədir. Hipotezin bir sıra xarakterik xüsusiyyətləri var:

  1. Aktuallıq, başqa sözlə reallığı əks etdirmək. Hər bir hipotez müşahidə aparılaraq qeydə alınmış faktlara əsaslanmalıdır;

  2. Empirik sınaq, müşahidə və təcrübələrdən keçərlilik;

  3. Tədqiqatın əsasını təşkil edən elmi hədəflə uyğunluq;

  4. İzahedici keyfiyyət. Hipotez izahedici xarakterdə olmalı, müəyyən qədər real fakt və gedişata açıqlama gətirə bilməlidir;

  5. Hipotezlər ixtiyari və subyektiv xarakterdə olmamalıdır.

Araşdırmanın gedişində öncə ilkin hipotez formalaşdırılır. Daha sonra bu hipotez yoxlanılır, dəqiqləşdirilir, müəyyən əlavələr edilir, bəzən isə tamamilə dəyişdirilir. Hesab edilir ki, elmi tədqiqata bir hipotezlə davam etmək düzgün deyil. Ən azı 2 hipotezlə işləmək lazımdır. Əsas hipotez və onun əksi olan konturhipotez.
Nəzəriyyə - Elmi nəzəriyyələrin yaradılması tədqiqatın bütün obyekt və hadisələri haqqında müəyyən material toplandıqdan sonra baş verir. Buna görə də nəzəriyyələr hər hansı bir tədqiqatın yekun dövründə ortaya çıxır. Bir sözlə, elmi nəzəriyyələrin yaranması uzun zaman və gərgin əmək tələb edən bir prosesdir. Nəzəriyyələr yarandıqdan sonra onun elmi cəmiyyət tərəfindən müzakirə edilərək qəbul olunması, tətbiq edilərək dəfələrlə sınanması da prosesin tərkib hissəsidir.
Elmi nəzəriyyələr fəaliyyət və təyinat xarakterinə görə bir sıra funksiyaları yerinə yetirir:
1.Təsviredici;
2.İzahedici;
3.Proqnozlaşdırıcı;
4.Metodoloji
Elmi nəzəriyyə müəyyən bir sahə, anlayışla bağlı əlaqə və qanunauyğunluqları bütövlükdə təqdim etməyə imkan verən ifadələr toplusu olmaqla mövcud biliklərin təşkilinin ən yüksək inkişaf etmiş formasıdır. Nəzəriyyə, ilk növbədə alınan bilikləri sistemləşdirməli, aydın ardıcıllıqla qurmalıdır. Bütün faktlar, prinsiplər, qanun və qanunauyğunluqlar inteqral biliklər sistemində təqdim edilməlidir. Bütün bunları elmi nəzəriyyənin təsviredici funksiyası yerinə yetirir.
Əldə olunan nəticələri, yeni formalaşdırılmış prinsipləri, eksperimental faktları, və s. əvvəl məlum olanlarla müqayisəli şəkildə analiz edərək təqdim etmək isə elmi nəzəriyyənin izahedici funksiyasına aiddir.
Üçüncü, proqnozlaşdırıcı funksiya ilk iki funksiya əsasında qurularaq gələcək haqqında təsəvvür yaratdığı üçün mühüm əhəmiyyət kəsb edir. Proqnozların düzgün hesablanması prioritetləri təyin edərək daha perspektiv sahələrə diqqət yetitmək imkanı yaradır.
Nəhayət, nəzəri prinsip və qanunauyğunluqlar əsasında elmi-tədqiqat fəaliyyətinin metod və üsulları formalaşır. Unutmaq lazım deyil ki, fundamental nəzəriyyələr tədqiqatçıların dünyagörüşünü, elmin metodologiyasını dəyişməklə bərabər, bəzən bütün dünyanı yenidən qurur.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin