Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə34/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   30   31   32   33   34   35   36   37   ...   59
Mövzular 2023

Dərs vəsaiti də tədris proqramına uyğun hazırlanan, dərsliyi tam və ya qismən əvəz edən nəşr hesab olunur. Dərs vəsaitinin hər bölməsində nəzəri materiala uyğun sual və tapşırıqların verilməsi tələb edilir. Əksər hallarda dərs vəsaiti dərsliyə əlavə olaraq hazırlanır. Bəzi istisna hallarda isə dərsliyi bütünlüklə əvəz edə bilir. Dərs vəsaitlərində adətən daha yeni və uyğun tədris materialı verilir, çünki dərsliklə müqayisədə daha tez və operativ hazırlanır. Bununla belə, dərs vəsaitinə daxil edilmiş tədris materialı dərslikdə verilən fundamental biliklərə və müddəalara uyğun olmalıdır.
Elmi məqalə ən çox istifadə olunan akademik yazı nümunəsidir. Növündən asılı olaraq elmi məqalələrin məzmuni bir-birindən fərqlənir. İcmal məqsədilə yazılan məqalələrdə müəllif mövcud ədəbiyyatları təhlil edərək mövzunun tədqiqat səviyyəsini qiymətləndirir, həll edilməmiş problemləri və bu sahədə tədqiqat perspektivlərini müəyyənləşdirir. Adətən icmal məqalələr mövzuya dərindən bələd olan, bu sahədə sözünü demiş təcrübəli alimlər tərəfindən yazılır.
Elmi məqalənin digər növü hesab edilən eksperimental məqalələrin müəllifləri isə əsasən magistr tələbə, doktorant və yaxud elmdə yeni addımlarını atan gənc alimlər olur. Bu tip məqalələrdə müəəyən konkret tapşırığa əsasən aparılan təcrübə və onun nəticələri ifadə edilir. Növündən asılı olmayaraq elmi məqalələr aydın struktura malikdir və bir qayda olaraq aşağıdakı hissələrdən ibarətdir:
- başlıq (başlıq);
- annotasiya;
- açar sözlər;
- griş;
- ədəbiyyat icmalı;
- əsas hissə;
-nəticələr və tədqiqatın gələcək perspektivləri;
-biblioqrafiya.
Bəs elmi məqalə yazmağa necə başlamaq lazımdır? Hər şeydən əvvəl məqaləni xırda detallarına qədər əhatə edən plan hazırlanır. Sonra addım-addım plana uyğun hərəkət etmək gərəkdir. Məsələn, planın bəndlərindən biri məqaləyə ad seçməkdən ibarətdir. Məqalənin başlığı bir cümlə olsa da onu diqqətlə düşünərək seçmək üçün zaman ayırmağa dəyər. Başlıq məqalənin məzmununu tam əks etdirməklə yanaşı cəlbedici olmalıdır. Əks halda bu qədər informasiya axını içərisində sizin işniz diqqətdən kənarda qala bilər. Məqalənin oxucu marağına səbəb olması üçün annotasiyanın da düzgün və keyfiyyətli hazırlanması önəmlidir.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin