Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə35/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
Mövzular 2023

Annotasiya elmi məqalənin məqsəd, məzmun və digər xüsusiyyətlərinə görə qısa təsviridir. O eyni zamanda məqalənin aktuallığını da müəəyən edir. Oxucu annotasiya ilə tanış olduqdan sonra məqaləni oxuyub-oxumayacağına qərar verir. İşin praktiki və elmi əhəmiyyəti, həyata keçirilən metodologiya, əldə edilmiş nəticələr haqqında məlumatlar da annotasiyada öz əksini tapmalıdır. Annotasiyada rəqəm, cədvəl, vizual materialların istifadəsi tövsiyə edilmir. Annotasiyanın mətni elmi üslubun tələblərinə uyğun, aydın, yığcam, anlaşılmaz sözlərə yol vermədən hazırlanır. Annotasiyanın mətni məqalə ilə eyni olmamalıdır.
Açar sözlərin əsas vəzifəsi elmi məqalənin mənasını əks etdirməkdir. Bundan əlavə, açar sözlər həm də müvafiq elektron məlumat bazalarında məqalələri tapmağa kömək edir. Açar sözlər rus və ingilis dillərində tərtib olunur və annotasiyadan dərhal sonra verilir. Tövsiyə olunan miqdar: 4-8 söz.
Məqalənin giriş hissəsində tədqiqatın məqsədi ilə bağlı məqamlar açıqlanır. Müəllif öncə mövzu haqqında ümumi məlumatları göstərir sələf alimlərin mövzu haqqında fikir və mülahizələrinə yer verir, problem kimi qiymətləndirdiyi məqamları açıqlayır. Məqalənin giriş hissəsinə daxil olmalı ən vacib məqamları belə qruplaşdırmaq olar:

  • Tədqiqat predmetinin xassələrinin məqsədi və xüsusiyyətlərinin təsviri;

  • Elmi məqalənin mövzusunun əhəmiyyət dərəcəsi və digər alimlərin oxşar əsərləri ilə müqayisədə onun yeniliyi;

  • Problemi nəzərdən keçirərkən ilkin fərziyyələr (əgər varsa);

Əsas hissə elmi məqalənin ən geniş və mühüm bölməsi olaraq tədqiqat prosesini, nəticə çıxarmağa imkan verən əsaslandırmaları ortaya qoyur. Məqalə təcrübələrin nəticələrinə əsasən yazılıbsa, bu təcrübələri ətraflı təsvir etmək, mərhələləri və ara nəticələri əks etdirmək lazımdır. Bəzi təcrübələr uğursuz olarsa, uğursuz nəticəyə təsir edən şərtləri və çatışmazlıqların aradan qaldırılması üsullarını izah etmək vacibdir. Bütün tədqiqatlar mümkün qədər əyani şəkildə təqdim olunur. Məqalədə bu məqamlar sxemlər, cədvəllər, diaqramlar, qrafik modellər, düsturlar, fotoşəkillər vasitəsilə göstərilir. Cədvəllər başlıqlarla, qrafik material isə şəkil başlıqları ilə təmin edilməlidir. Hər bir belə element məqalənin mətni ilə birbaşa əlaqəli olmalı, məqalənin mətnində ona istinad keçid verilməlidir. Təcrübə üsullarının təsviri və sxemi o qədər təfərrüatlı olmalıdır ki, hər hansı digər alim mətni oxuyaraq işi təkrarlaya və ideal olaraq oxşar nəticələr əldə edə bilsin.
Məqalənin nəticə hissəsində müəllifin əsas nailiyyətləri mücərrəd şəkildə dərc olunur. Bütün nəticələr obyektiv olmalı, müəllifin şərhi olmadan olduğu kimi dərc edilməlidir. Bu, oxuculara əldə edilən məlumatların keyfiyyətini qiymətləndirməyə və onların əsasında öz nəticələrini çıxarmağa imkan verir.
Bütün elmi məqalələrin sonunda istinad edilən ədəbiyyat siyahısı əlifba sırasına uyğun şəkildə təqdim edilir.
Tezis bir və ya bir neçə cümlə şəklində tərtib edilmiş fikirdir. Yunan dilindən tərcümədə "tezis" sözü "quraşdırma" deməkdir. Fikirləri tezis formasında formalaşdırmaq natiqin, siyasətçinin, təbliğçinin və jurnalistin faydalı keyfiyyətidir. Elmi tezis isə məqalə, məruzə, dissertasiya və s.nin xülasəsidir.
Tezis müxtəlif konfranslarda, kütləvi çıxışlarda, dissertasiya müdafiəsində, eləcə də həcm məhdudiyyətləri səbəbindən materialın tam təqdimatı mümkün olmadığı elmi toplularda nəşr üçün, irihəcmli elmi işdə ilkin mərhələ kimi geniş istifadə olunur.
Annotasiyadan fərqli olaraq tezisdə orijinal mətndən istifadə oluna bilər. Konfranslara təqdim olunan tezislər 2 növdə hazırlanır. Birinci halda artıq haqqında ətraflı məqalə yazılmış bir tədqiqat işinin tezisi hazırlanır. Məqalədəki əsas fikirləri, alınan nəticələri bəndlər formasında təqdim edilir.. İkinci halda isə tezis aparılması nəzərdə tutulan təcrübənin ilkin detalları, yaxud yazılacaq məqalənin əsas məqamlarını əhatə edir.

.


Mövzu 13. Kommunikativ proseslərsə nitq. Nitqin tip və növləri
İşgüzar və akademik kommunikasiya dil vasitəsilə və nitq prosesində peallaşır. Kommunikasiya üçün “dil” və “nitq” anlayışları çox mühümdür. Hər hansı bir fikir və düşüncənin formalaşmasında dil, ötürülməsində isə nitq xüsusi əhəmiyyət kəsb edir. Bu prosesi daha dərindən anlamaq üçün “dil” və “nitq” anlayışlarının mahiyyətini düzgün dərk etmək, oxşar və fərqli cəhətlərini, funksiyalarını bilmək zəruridir. Uzun zaman dilçilikdə nitq və dil əksəriyyət tərəfindən eyni anlayışlar kimi qəbul edilmişdir. Düzdür, hələ antik dövrdə stoiklər dil və nitq məsələsi barədə müəyyən fikirlər irəli sürməyə cəhd göstərmişlər. Lakin dil və nitqin fərqli anlayışlar kimi tədqiqata cəld edilməsi ənənəsi alman filosof-alimi Vilhelm Humboltla başlayır. Onun bir sıra əsərlərində dil və nitqin sərhədlərinin müəyyənləşməsinə cəhd edilmişdir. Bu sahə ilə bağlı XX əsr dilçisi F.de Sössürün fəaliyyəti daha hərtərəfli və genişdir. Struktur dilçiliyin banisi sayılan F.de Sössürün sistemli dil haqqında təlimində əsas yeri dil və nitqi fərqləndirmək durur. O, belə bir sxem təqdim edir:
nitq fəaliyyəti (langage) – nitq (parole) – dil (langua)
Nitq fəaliyyəti - konkret nitq aktı, danışıq prosesidir.
Nitq – insan danışığının cəmidir.
Dil – insanın ünsiyyəti, təfəkkürü və onun ifadəsinə xidmət edən işarələr sistemidir.
Dil və nitqi bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır:
1.Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Biz bütün ünsiyyətimiz zamanı, istər şifahi, istərsə də yazılı kommunikativ münasibətlərimizdə hakim olduğumuz dil və ya dillərdən, dilin fonetik, leksik, sintaktik vahidlərindən bir vasitə kimi istifadə edərək, daha doğrusu, bu vahidlərdən öz fərdi kombinasiyalarımızı yaradaraq nitq prosesini reallaşdırırıq. Ümumi dil vahidlərindən fərdi nitqimizi qururuq.
2.Dil həcm və keyfiyyət baxımından nitqdən genişdir.
Heç bir halda dilin potensialı ilə nitqin potensialı müqayisə edilə bilməz. Çünki nitq dilin təzahür formasıdır. Ən istedadlı, dilin bütün incəliklərinə bələd, uzun illər mütaliə təcrübəsi olan insanın nitqi belə dilin bütün potensialını özündə əks etdirə bilməz.
3.Dil ümumi, nitq isə fərdi xarakter daşıyır.
Dil ictimai hadisə olduğu üçün xalqa məxsusdur, nitq isə qeyd etdiyimiz kimi, fərdi insanların danışığının cəmidir. Məsələn, “Azərbaycan xalqının dili” ifadəsi düzgün olduğu halda, “Azərbaycan xalqının nitqi” ifadəsini işlətmək doğru deyildir.
4.Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri odur ki, nitq yalnız şəxslər arasında baş verir. Şəxssiz nitq mümkün deyildir. Lakin dil belə deyil. Məsələn ölü dillər hazırda şəxslərarası ünsiyyətə xidmət etməsə də mövcuddurlar və biz onlar üzərində müəyyən tədqiqat işi apara bilirik.
5.Dil nitqə nisbətən sabit, nitq isə dəyişkəndir.
Dilin qrammatik quruluşu uzun zaman müddətində formalaşdığı üçün möhkəm bir sistem təşkil edir və az dəyişir. Dil səviyyələri içərisində daha çox dəyişikliyə uğrayan leksik səviyyədir. Qrammatik quruluş isə əsrlər boyu sabit olaraq qalır. Müasir türk dilləri ilə onların əcdadı hesab edilən qədim türk dilinin qrammatikası arasında oxşar cəhətlər fərqlərdən qat-qat çoxdur. Nitqə gəlincə isə fərdi xarakter daşıdığından o daha dəyişkəndir. Bir insanın nitqi zamanla inkişaf edərək təkmilləşə və yaxud deformasiya oluna bilər. Nitqimizi zənginləşdirmək, daha təkmil formaya salmaq bizım əlimizdədir.
Dil və nitq arasında fərqləri daha detallı şəkildə belə qruplaşdırmaq olar:
Dil Nitq
ümumbəşərilik millilik
potensiallıq (mümkünlük) gerçəklik (realizə edilmək)
ümumilik xüsusilik
obyektivlik subyektivlik
mücərrədlik konkretlik
normalıq üslubilik
neytrallıq emosionallıq
ümumxalqlıq dialektlik
Dil və nitqin funksiyaları arasında da müəyyən fərqlər mövcuddur.
1. Dil ünsiyyət və kommunikasiya vasitəsidir. Bu dilin ən mühüm funksiyasıdır.
2.Dil düşüncə formalaşdırma vasitəsidir, daha dəqiq desək dil təfəkkürümüzün sözlərlə ifadəsidir.
3.Dilin koqnitiv funksiya daşıyır. Dil dünyanı tanımaq, bilik toplamaq və başqa insanlara və sonrakı nəsillərə ötürmək vasitəsidir.
Nitqə gəlincə, kommunikativ, emotiv (ekspressivlik), estetik (poetik) funksiyaları göstərmək olar. Bunlardan əlavə, nitq prosesində əşya, hal-hərəkət, vəziyyət, anlayışlar ümumi deyil, daha dar mənada, real vəziyyətdə adlandırılır.
Bütün bunlarla yanaşı, dil və nitq biri digərinin təzahürü, biri digərini şərtləndirən anlayışlardır. Dil və nitqin qarşılıqlı münasibətləri obyektiv zərurət kimi mövcuddur. Çünki dil öz varlığını nitqdə, nitq isə mənbəyini dildə tapır.
Bütün kommunikativ situasiyalar nitq prosesi ilə qurulur. Nitq prosesində üç başlıca amil mövcuddur.

  • danışmaq;

  • eşitmək;

  • dərk etmək.

Düzgün danışmaq, yaxşı eşitmək və normal dərk etmək nitq prosesinin keyfiyyətini təmin edən əsas cəhətlərdir.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin