Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə42/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   38   39   40   41   42   43   44   45   ...   59
Mövzular 2023

1. Fonetik norma
Nitq mədəniyyətinin fonetik prinsiplərinə nitqin şifahi, yaxud yazılı olmasından irəli gələrək düzgün tələffüz (orfoepiya) və b) düzgün yazı (orfoqrafiya) qaydalarına riayət edilməsi daxildir.
Həm orfoepiya, həm də orfoqrafiya qaydaları dilin fonetik strukturunun tələbləri ilə diqtə olunmaqla tarixən formalaşır. Və müəyyən dövr üçün stabilliyi ilə seçilir.

AZƏRBAYCAN DİLİNİN ORFOEPİYA VƏ ORFOQRAFİYA QAYDALARI
Azərbaycan dilində sözlərin düzgün tələffüz (orfoepiya) qaydaları barədə danışarkən onları üç qrupda birləşdirmək lazım gəlir:
a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları.
b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları.
c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları.
Əlbəttə, bu, o demək deyil ki, Azərbaycan dili ümumi (bütöv) orfoepiya qaydaları sistemindən məhrumdur; burada söhbət, sadəcə olaraq, məsələyə diferensial və ya analitik yanaşmaqdan, yalnız genetik deyil, həm də (və daha çox) tipoloji fərqləri müəyyənləşdirməkdən gedir.
a) türk mənşəli sözlərin düzgün tələffüz qaydaları
1. Türk mənşəli sözlər, bir qayda olaraq, yazıldığı kimi tələffüz olunur; məsələn: dağ, daş, ot, ət, əkin, biçin, yaz, qış, dərə, dəniz, duman, geyim, ağ, qara, qırmızı, əyri, doğru, yuxarı, aşağı, qarı, qoca, birinci, sonuncu, gəl, get, danış, yaşa, düşün, dayan və s.
2. Son səsi q hərfi ilə yazılıb müxtəlif cür deyilən sözlərdə həmin səsin düzgün tələffüz şəkli [x]-dır; məsələn: otaq-otax, daraq-darax, qaymaq-qaymax, soyuq-soyux, uzaq-uzax, quraqlıq-quraxlıx, sarmaşıq-sarmaşıx, axtarmaq-axtarmax, yıxılmaq-yıxılmax, qorunmaq-qorunmax və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x] səsi [ğ] səsinə keçir; məsələn: otaxotağa, daraxdarağı, qaymaxqaymağın və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x] səsi olduğu kimi qalır; məsələn: otaxotaxda, daraxdaraxdan, qaymaxqaymaxlı və s.
3. Son səsi k hərfi ilə yazılıb müxtəlif cür deyilən ikihecalı sözlərdən həmin səsin düzgün tələffüz şəkli [x']-dir; məsələn: ürək-ürəx', çiçək-çiçəx', çörək-çörəx', kəpənək-kəpənəx', örpək-örpəx', gəzmək-gəzməx', getmək-getməx', tələsmək-tələsməx' və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x'] səsi [y] səsinə keçir; məsələn: ürəx'-ürəyə, çiçəx'-çiçəyi, çörəx'-çörəyin və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x'] səsi olduğu kimi qalır; məsələn: ürəx'-ürəx'də, çiçəx'-çiçəx'dən, çörəx'-çörəx'li və s.
4. Son səsi c hərfi ilə yazılan iki və daha artıq sözlərdə həmin səs [ç] şəklində tələffüz olunur; məsələn: qazanc → [qazanç], qılınc → [qılınç], sanc(maq) → [sanç(max)] və s.
Bu qayda alınma sözlərə də aiddir; məsələn: möhtac → [möhtaç], merac → [me:raç] və s.
Həmin sözlərə saitlə başlayan şəkilçi əlavə edildikdə [ç] səsi [c]-ya keçir; məsələn: [qazanç] → [qazancı], [me:raç] →[meraca] və s.
5. Qoşa q hərfi ilə yazılan sözlərdə birinci hərf [k'], ikinci hərf isə [q] kimi tələffüz olunur; məsələn: toqqa → [tok'qa], saqqal → [sak'qal], taqqıltı → [tak'qıltı] və s.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin