Metod anlayışı. İstənilən elmi tədqiqatın planlanmasının kökündə mövcud elmi metodlar durur. Elmi metod elmi və idrak fəaliyyəti çərçivəsində obyektiv gerçəkliklə bağlı biliklərin aşkar edilməsi prosesində tənzimləyici prinsiplər, üsullar və metodlar sistemidir. Metod hər hansı bir fenomen və prosesin nəzəri, təcrübi baxımdan öyrənilməsi üsulu olub elmin əsas vəzifəsi sayılan obyektiv reallığın qanunlarını kəşfetmə vasitəsidir.
Qədim yunan sözü olan “metod” məqsədə çatmaq üçün yol deməkdir. Buna görə də sözün geniş mənasında metod dedikdə konkret problemi həll etmək, təcrübi və ya nəzəri məqsədə nail olmaq üçün həyata keçirilməli olan rasional fəaliyyətlərin məcmusu başa düşülür.
İnsan fəaliyyətinin istənilən sahəsi üçün müəyyənləşmiş metodlar mövcuddur. Obyektiv biliklər əldə etmək üçün əsas vasitəyə çevrilən elmi metodların meydana çıxması və inkişafı öncə fəlsəfənin, sonra isə elmin yaranması ilə bağlıdır. Çünki məhz fəlsəfə ilk dəfə rasional-nəzəri dünyagörüş tipini ortaya qoymuş, daha sonra isə bu istiqaməti müxtəlif elmlər davam etdirmişdir.
Elmi biliklərin əldə olunması tarixən inkişaf edən bir proses kimi insan təcrübəsi ilə təsdiq edilərək sübut olunan dünya haqqında etibarlı biliklərin meydana çıxmasına yönəlmişdir. Elm təkcə insanın gündəlik həyatda qarşılaşdığı obyektləri deyil, uzaq gələcəkdə mənimsəyə, qavraya biləcəkləri obyektləri də araşdırır. Bu baxımdan da elmi metodun düzgün seçilməsi tədqiqatın uğurunu təmin edən mühüm şərtlərdən biridir.
Elmi işlərin aparılmasında iki fundamental metod tipi mövcuddur:
1.İnsanın ümumidrak prosesləri ilə bağlı həm elmi, həm də praktiki bilikləri aşkar edən universal metod.
2.Yalnız elmi idrakla bağlı metodlar. Bu metod özü də 2 yerə bölünür:
1) empirik elmi metodlar;
2) nəzəri elmi metodlar.
Universal və ümumi elmi metodlarla yanaşı, yalnız konkret elmi fənlər çərçivəsində işlənən, tətbiq olunan və təkmilləşdirilən spesifik xarakterli yüksək ixtisaslaşdırılmış metodlar mövcuddur. Nəzəri və empirik tədqiqatın fənlərarası metodları, o cümlədən konkret tədqiqat metodları əsasən yüksək ixtisaslaşdırılmış idrak təcrübələridir. Elmdən elmə dəyişən belə metodların əhatə dairəsinə, məsələn, fiziki eksperimentin aparılması metodologiyası, biologiyada eksperimentin metodologiyası, sosiologiyada sorğu metodologiyası, tarixdə mənbələrin təhlili metodologiyası, və s. aiddir.
Elmi və idrak fəaliyyətinin növündən asılı olmayaraq, istənilən elmi metod üç fundamental prinsipə - obyektivliyə, sistemliliyə və təkrar istehsala əsaslanır.
Obyektivlik idrak subyektinin öz obyektindən uzaqlaşdırılmasını nəzərdə tutur, yəni tədqiqatçı subyektiv fikirlərin elmi idrak prosesinə təsir göstərməsinə imkan vermir.
Sistemlilik elmi və idraki fəaliyyətin nizamlılığını nəzərdə tutur, yəni elmi bilik prosesi sistemli, nizamlı şəkildə həyata keçirilir.
Təkrarlanabilirlik elmi biliklər prosesinin bütün mərhələlərinin digər tədqiqatçıların rəhbərliyi altında oxşar, ardıcıl nəticələr əldə edərək təkrarlana (çoxaldıla) və bununla da onların etibarlılığının yoxlanıla biləcəyini nəzərdə tutur. Nəticələr təkrarlana bilmirsə, onlar etibarlı hesab edilə bilməz.
Elmi-nəzəri tədqiqatlarda istifadə edilən universal metodlar bunlardır: