Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Təsvir -müşahidə nəticəsində ortaya çıxan fakt və hadisələrin şərh və izahıdır. Müqayisə



Yüklə 231,62 Kb.
səhifə31/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
Mövzular 2023

Təsvir -müşahidə nəticəsində ortaya çıxan fakt və hadisələrin şərh və izahıdır.
Müqayisə - hər hansı fenomen və hadisəni anlamaq və dərk etmək üçün ən çox istifadə etdyimiz metoddur. Müqayisə yalnız bir-birinə bənzər fenomenlər arasında aparılmalıdır.Tamamilə fərqli predmet və hadisələrin müqayisəsi metodoloji baxımdan düzgün hesab edilmir.
Mövzu 11. Şifahi akademik kommunikasiya
Akademik kommunikasiyanın şifahi və yazılı formaları mövcuddur. Hər iki forma akademik kommunikasiyanın ümumi xüsusiyyəti olan elmi biliklərin mübadiləsini ehtiva etsə də özünəməxsus cəhətlərə də malikdir. Şifahi akademik kommunikasiyanın ən populyar növləri mühazirə və məruzədir.
Məlum ollduğu kimi, əsrlər boyu ali təhsil ocaqlarında tədrisin təşkili mühazirə-seminar formasında həyata keçirilir. Mühazirə sözünün latın dilində qarşılığı “oxuma”dır. Belə ki, orta əsr universitetlərində müəllimlər dərz zamanı bu və ya digər kitabı ucadan oxuyar, lazım gələrsə çətin və anlaşıllmaz məqamların izahını verərdilər. Müasir günlərimizdə də mühazirə müəllim və tələbə arasında ən mühüm birbaşa kommunikasiya formasıdır. Mühazirə aydın, dolğun, düzgün ardıcıllıqla, məntiqi cəhətdən sistemləşdirilmiş və ən mühümü fənn proqramını tam əhatə edən materiallar toplusudur. Mühazirədə fənnin əsas ideya və məzmununun tam əhatə olunmasına diqqət yetirilir və sonrakı müstəqil işlərin istiqamətləri müəyyənləşdirilir. Tədris prosesində mühazirə aşağıdakı funksiyaları yerinə yetirir:
- məlumatlandırıcı (tədris materialına uyğun yeni bilik və informasiyanın ötürülməsi);
- yönləndirici (ixtisas, gələcək peşə və akademik intizamla tanışlıq);
- metodoloji (müvafiq elmin metodologiyası, elmi-tədqiqat metodları ilə bağlı təsəvvürün formalaşdırılması);
- həvəsləndirici və stimullaşdırıcı (fənni müstəqil öyrənməyə, tədqiqat işinə, özünütəhsil və peşəkar inkişafa təşviq);
- tərbiyəvi (dəyərlərin dərk edilməsi və qəbulu; öyrənilən materialın məzmunu vasitəsilə dünyagörüşünün, münasibətlərin formalaşdırılması, mühazirəçi-müəllimlə ünsiyyət);
- inkişafetdirici (təfəkkürün, nitqin, yaddaşın, xüsusi qabiliyyətlərin və s. inkişafı).
Mühazirələr üçün xarakterik olan əsas cəhətlər isə bunlardır:
-ən azı 10-15 səhifəlik (bir mövzu üçün) material;
- məntiqi konstruksiyaların, sübutların və ümumiləşdirmələrin əsaslılığı, mürəkkəbliyi;
- müvafiq elm sahəsinin əsas anlayışlar sisteminin , metodologiyasının izahı;
- fəndaxili və fənlərarası əlaqələrin əsaslandırılması;
- nəzəriyyə və təcrübənin inkişaf səviyyəsinin təhlili və elmi qiymətləndirilməsi;
- tələbələrin peşəkar inkişafı üçün tədris edilən fənnin və müvafiq elmin əhəmiyyətinin əsaslandırılması.
Tədris prosesində bir neçə mühazirə növündən istifadə olunur. Bunların arasında “giriş mühazirə”, “istiqamətrverici mühazirə”, “icmal mühazirə”, “yekun mühazirə” və s. göstərmək olar. Strukturuna gəlincə isə tip və növündən asılı olmayaraq mühazirə üç hissədən ibarət olmalıdır: giriş, əsas hissi və nəticə. Girişdə lektor mühazirə mövzusunun məqsədini, toxunduğu məqamları, əhatə etdiyi məsələləi izah etməklə tələbələrin diqqət və marağını cəld etməli, bir növ auditoriyanı bu mövzu ətrafında düşünməyə, dinləməyə, yeri gələrsə dialoqa qoşulmağa hazır vəziyyətə gətirməlidir. Bu baxımdan mühazirənin giriş hissəsinin mükəmməl hazırlanması çox önəmlidir. Mühazirənin girişi ağır elmi dildə olmamalı, terminoloji leksikadan az istifadə edilməlidir. Unutmaq lazım deyil ki, mühazirə şifahi akademik kommunikasiya formasıdır və yazılı elmi dillə müqayisədə daha aydın və anlaşıqlı hazırlanmalıdır.
Mühazirənin əsas hissəsi bütünlükdə mövzunun şərhi və izahına həsr olunur. Bu hissə tamamilə elmi xarakter daşımalı, nəzəri məlumatlar müvafiq elmi ədəbiyyatdakı fikirlərə uyğun olmalı, məsələ ilə bağlı mübahisəli məsələlərdən yan keçilməməlidir. Ali məktəb təhsilinin ən mühüm keyfiyyətlərindən biri də məhz budur. Müəyyən mövzularla bağlı alimlərin müxtəlif fikirlərini, fərqli yanaşma tərzlərini tələbələrə olduğu kimi çatdırmaq, onların mövqeyini, hansı alimin müddəalarına üstünlük verdiklərini öyrənmək, bir sözlə düşünməyə, müqayişə edib nəticə çıxarmağa yönləndirmək universitet təhsilinin əsas məqsədlərindən biridir.
Nəticə isə mühazirədə izah olunan məsələlərin məntiqi yekunu, ümumiləşdirilmiş icmalıdır. Nəticədə mühazirə zamanı ortaya çıxmış elmi biliklər, müddəa və qanunauyğunluqlar bir daha qısa şəkildə vurğulanır. Daha doğrusu, bu mühazirədən nələr öyrəndik sualına cavab verilir.
Mühazirə formasında dərs müasir təhsil sistemimizin əsasını təşkil etsə də burada da bəzi çatışmazlıqlar mövcuddur. Əsas problem passiv dinləyici məsələsidir. Təcrübə göstərir ki, bəzən hərtərəfli hazırlanan və təqdim olunan mühazirələr belə auditoriyanın marağını cəlb edə bilmir.
Müasir dövrdə müxtəlif texniki vasitələrin tətbiqi ilə informasiyanın vizual şəkildə təqdimolunması mühazirələrin daha dinamik və cəlbedici təşkil edilməsinə şərait yaradır. Vizuallaşdırma verbal (sözlü) informasiyanın vizual (görüntülü) formaya transformasiyasını nəzərdə tutur ki, bu, abstrakt və nəzəri anlayışların təsəvvürünə şərait yaradaraq yalnız eşitmə deyil, görmə orqanlarının da informasiyanın qəbulu prosesində iştirakını təmin edir.
Qərb təhsil sistemmində tələbələrdə idrak proseslərini sürətləndirmək, dinləmə keyfiyyətini artırmaq üçün “ikilikdə mühazirə”, “səhv hazırlan mühazirə” kimi variantlardan da istifadə edilir. “İkilikdə mühazirə” iki müəllimin eyni mövzu ətrafında dialoq, fikir mübadiləsi, mübahisəsi əsasında qurulur ki, məqsəd auditoriyanı da müzakirəyə qoşmaq, tələbələrin də mülahizələrini eşitməkdir. Bu tərz mühazirələr üçün adətən problemli mövzular seçilir, material mövzu ilə bağlı müxtəlif baxış və ziddiyyətli yanaşmalar formasında təqdim edilir.
“Səhv hazırlanan mühazirə”lər də tələbələrin aktivliyini artırmaq məqsədi güdür. Bu tip mühazirələrin aparılması metodikası aşağıdakı kimidir: Mövzu elan edildikdən sonra müəllim mühazirədə məzmun və metodik baxımdan səhvlərin olduğunu elan edir. Səhvlərin miqdarı isə mövzunun həcmi və auditoriyanın hazırlıq səviyyəsindən asılıdır. Müəllim və tələbələr arasında tam etibarı təmin etmək üçün səhvlərin siyahısı əvvəlcədən hazır şəkildə olmalıdır. Mühazirənin sonunda tələbələr müəllimin buraxdığı səhvləri adlandırmalı və düzəltməlidirlər.
Hər iki mühazirə tipi tələbələrin aktivlivliyi üçün zəmin yaradır, onlarda informasiyanı sadəcə qəbul etməklə kifayətlənməmək, analiz və qiymətləndirmə aparmaq bacarıqlarını da inkişaf etdirməyə sövq edir.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin