Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə57/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   51   52   53   54   55   56   57   58   59
Mövzular 2023

İctimai-məişət natiqliyi. Bu nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Nitqin hazırlanması və təqdim edilməsi. Şifahi çıxış hiss və düşüncələrimizin sözlərlə tez və daha asan ötürülməsi üçün əvəzsiz bir bacarıqdır. Danışdıqlarımız bəzən doğru, bəzən də səhv başa düşüldüyündən şifahi ötürmələrin istənilən nəticəni verməsi üçün müəyyən məqamları nəzərə almaq lazımdır. Danışarkən diqqət etməmiz lazım olan detalları bilmək daha uğurlu bir həyatın qapılarını açmaq üçün şərtdir. Bütün bu təfərrüatların uyğun ardıcıllıqla və bacarıqla istifadəsi nitq bacarıqları kimi ifadə edə biləcəyimiz üsullar toplusudur. Natiqlik, demək olar ki, təsirli nitq üsullarını özündə birləşdirən, nitq qaydaları ilə dəstəklənən və xüsusi bacarıq tələb edən bir sənətdir.
Kütlə qarşısında çıxış birtərəfli deyil, qarşılıqlı əlaqə prosesini ifadə etdiyi üçün ifadələrimizin audutoriyada gözlədiyimiz təsiri oyatması, ilk növbədə düşüncə və ideyalarımızın informasiya alıcılarına doğru çatdırılması ilə bağlıdır. Təsirli nitqin malik olduğu bir sıra ümumi keyfiyyətləri nəzərdən keçirək:
1.Danışıqda müvəffəqiyyəti konstruktivlik (məqsədyönlülük) müəyyən edir. İnsanlara təsir etmək üçün təkcə düşüncələrə deyil, duyğulara da müraciət etməyi bacarmaq lazımdır. Lakin burada tarazlığı tənzimləyə bilmək konstruktiv və təsirli nitq üçün son dərəcə vacibdir. Yalnız emosiyaları cəlb edən və həmsöhbətlərin emosiyalarından istifadə etmək məqsədi daşıyan çıxışlar məqsədyönlü hesab edilmir. Konstruktiv çıxışlar dinləyicilərin dəyərlərini, inanclarını və düşüncələrini müsbət istiqamətdə dəyişmək məqsədi daşıyır. Şirin dilin nitqə təsirini nəzərə almaq, mühitdən asılı olmayaraq bizi dinləyənlərin dəyərlərinə, inanclarına, düşüncələrinə hörmətlə yanaşmaq uğurun ən yaxşı açarıdır.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin