Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanda



Yüklə 231,62 Kb.
səhifə7/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   2   3   4   5   6   7   8   9   10   ...   59
Mövzular 2023

"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanda haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır.

Mövzu 3. Kommunikasiya anlayışı.


Kommunikasiya prosesinin tərkib hissələri
Kommunikasiya anlayışı. Çağdaş günümüzdə kommunikasiya anlayışının aktual olmadığı sahə tapmaq çətin olduğu kimi, müxtəlif tipli kommunikasiya prosesləri gündəlik yaşantımızın da əsas atributuna çevrilmişdir. Təsadüfi deyil ki, yaşadığımız XXI əsr informasiya və texnologiya dövrü kimi xarakterizə olunur. Gündəlik həyatımızı bütünlüklə zəbt etmiş kommunikasiya proseslərini lakonik, lakin tam anlamda ifadə etmək bir qədər çətindir. Çünki kommunikasiya deyərkən bir çox məna və anlayışlar nəzərdə tutulur:
Kommunikasiya – münasibətlərin, biliklərin, düşüncələrin, hisslərin və davranışların "mənbədən" "hədəfə" köçürülməsidir;
Kommunikasiya – məlumatın bir şəxsdən və ya qrupdan digər şəxsə və ya qrupa ötürülməsidir;
Kommunikasiya – insanların hiss və düşüncələrinin, inanclarının, münasibət və davranışlarının şifahi, yazılı və şifahi olmayan formada ifadəsidir;
Kommunikasiya – məlumat və mənaların mənbədən hədəfə ötürülməsidir;
Kommunikasiya – mənaların simvollar vasitəsilə ötürülməsidir.
Ünsiyyət və kommunikasiya terminlərini bir-biri ilə qarışdırmaq olmaz. Düzdür, müəyyən hallarda bu terminlərdən sinonim kimi istifadə edilir. Lakin bu terminlər arasında müəyyən fərqlər mövcuddur. Məlum olduğu kimi, cəmiyyət üzvləri arasında davamlı qarşılıqlı əlaqələr iki səviyyədə reallaşır. Bunlardan biri daha çox cəmiyyət üçün nəzərdə tutulan sosial həyatdır, digəri isə insanın fərdi ehtiyaclarından irəli gələn şəxsi həyat. Sosial səviyyədə qurduğumuz əlaqələr, iştirakçısı olduğumuz ünsiyyət bizim iradəmizdən kənar formalaşır, daha doğrusu, istəyib-istəməməyimizdən asılı olmayaraq müəyyən qarşılıqlı əlaqələrin iştirakçısına çevrilirik. Bu səviyyədə münasibətlər zəminində sosial qaydalar yaradılır və bu qaydaların qorunması təmin edilir. Cəmiyyətin hər bir üzvü həm ishehlakçı, həm də istehsalçı olmaqla mövcud sistemin fəaliyyətinə öz töhfəsini verir. İkinci səviyyə isə bizim şəxsi həyatımızdır. Burada qərarları biz veririk, məsafəni biz təyin edirik. Bu səviyyədə ünsiyyətin yaranması insanın şəxsi seçimi əsasında müəyyənləşir. Göründüyü kimi, burada 2 fərqli yanaşma mövcuddur: obyektiv və subyektiv. Ünsiyyətin obyektiv sahəsi asılılıq, tabeçilik, əməkdaşlıq kimi real əlaqələrlə, subyektiv sahə isə iştirakçıların bir-biri ilə şəxsi münasibətlərində ifadə olunur. Kommunikasiya məhz obyektiv əlaqələr zamanı mübadilə prosesidir. Daha doğrusu, bizim təhsil aldığımız mühitdə, iş həyatımızda, müxtəlif qurumlarla əlaqə zamanı qurduğumuz münasibət kommunikativdir.
“Ünsiyyət”lə müqayiqədə “kommunikasiya” daha dar mənalı anlayışdır. Kommunikasiya – informasiya ötürməkdir.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin