Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”,”Azərbaycan dili və nitq mədəniyyəti-3” fənnindən imtahan testləri ( tələbələr)



Yüklə 47,29 Kb.
səhifə1/14
tarix16.01.2023
ölçüsü47,29 Kb.
#122280
  1   2   3   4   5   6   7   8   9   ...   14
Azərbaycan dili və nitq mədəniyyəti-3,Azərbaycan dilində işgüzar və akademik kommunikasiya imtahan testləri tələbələr


Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”,”Azərbaycan dili və nitq mədəniyyəti-3” fənnindən imtahan testləri ( tələbələr)




1.Nitq mədəniyyətinin daha sıx əlaqədə olduğu elm sahəsi hansıdır?
A) ədəbiyyat B) etika C) məntiq D) psixologiya E) dilçilik


2. Nitq haqqındakı fikirlərdən biri yanlışdır.
A) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.
B) Nitqin mənbəyi dildir.
C) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.
D) Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir.
E) Nitq fərdi xarakterə malik deyil.


3.Nitq mədəniyyətinə aid edilmiş cəhətlərdən biri yanlışdır.
A) Nitq mədəniyyəti nəzəri dilçilik sahəsi olub, hər hansı bir dilin normlarını müəyyənləşdirən təcrübi tədbirlər kompleksidir.
B) Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir.
C) Nitq mədəniyyəti ümumi mədəniyyəti tərkib hissəsi olub, dilin normalarını müəyyənləşdirən nəzəri axtarışlar kompleksidir.
D) Nitq mədəniyyətinin əsas tələblərindən biri nitqin aydınlığı və düzgünlüyüdür.
E) Nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti də daxildir.


4. Nitq mədəniyyətinin əsas qoruyucusu və daşıyıcısı kimdir?
A) milli məclis B) ədiblər C) mədəniyyət xadimləri
D) parlament E) xalq


5.Nitq mədəniyyətinə aid edilmiş cəhətlərdən biri yanlışdır.
A) Nitq mədəniyyəti, hər şeydən əvvəl, dilin fəaliyyətdə olan normalarının və kateqoriyalarının tələblərinə ciddi əməl edilməsidir.
B) Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir.
C) Nitq mədəniyyəti geniş mənada fikir, düşüncə mədəniyyətidir.
D) Nitq mədəniyyəti dedikdə ancaq dilin təsvir və ifadə vasitələrindən istifadə formaları başa düşülür.
E) Nitq mədəniyyəti şifahi və yazılı nitqin vəhdətindən ibarətdir.


6. Nitq mədəniyyətinin ən mühüm tələbi nədir?
A) ədəbi dilin normalarına riayət etmək
B) terminlərdən istifadə etmək
C) obrazlılıq və məcazilikdən istifadə etmək
D) yığcamlıq, sadəlik tələblərinə əməl etmək



Yüklə 47,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin