70.Qrammatik normanın pozulduğu bənd hansıdır?
A) dostlarınızdanam B) şagirdləriniz C) beş şagirdlər
D) yazışaq E) öldürülməlidir
71.Bəndin birində morfoloji norma pozulub.
A) yuyunsanız B) qanuniləşdirilmişdir C) kitabımızın
D) könlümdəkiləri E) yandırılacaqdır
72.Bəndlərin yalnız birində morfoloji norma pozulmayıb.
A) sizinkilərdən B) bağlardakı C) dünyəvi
D) ürəryimdəkilərin E) gəlişinizdən
73.Morfoloji norma hansı cərgədə pozulmuşdur?
A) ürəyimdəkilərdən B) sevindik C) gülüşdülər
D) qaraltılardan E) arzularımızın
74.Hansı sözdə morfoloji norma pozulmuşdur
A) rəsmiləşdirilmişdir B) kimyəvi C) elmilik
D) göyərtilərin E) yazıçılıq
75.“İndi vətənpərvərlik mövzusunda yazılmış əsərlər tamaşaya qoyulurlar” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) üslubi B) leksik C) fonetik D) sintaktik E) orfoepik
76.“Car çəkir çarxların çaxnaşıq səsi,
Car çəkir, qışqırır nəhəng matorlar”(S.Vurğun). Misralarda ədəbi dilin hansı norması pozulub?
A) Morfoloji B) Leksik, morfoloji C) Orfoepik, morfoloji
D) Leksik E) Sintaktik, leksik
77.Morfoloji normanın tələbinə görə isimlərdə (adlardI) axırıncı hansı şəkilçi gəlməlidir?
A) kəmiyyət B) hal C) şəxs (xəbərlik) D) mənsubiyyət E) leksik
78.Bu normanın tələbinə görə miqdar sayından sonra gələn isim kəmiyyət kateqoriyasının əlamətini qəbul etmir. Söhbət ədəbi dilin hansı normasından gedir?
A) leksik B) sintaktik C) üslubi D) morfoloji E) orfoqrafik
79.Yaxşı bir işə görə "minnətdarlıq", "razılıq etmə" məqsədilə istifadə olunan əməli yazı forması hansıdır?
A) təliqə B) arayış C) zəmanət D) xasiyyətnamə E) təşəkkür
Dostları ilə paylaş: |