80. Siz, sən, bəy, cənab, müəllim, xanım ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) salamlama B) təşəkkür C) üzrxahlıq D) tanışlıq E) müraciət
81.Salam, salaməleyküm, əleykümsalam, xoş gördük, günaydın, sabahınız xeyir, axşamınız xeyir, xoş gəldiniz ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) salamlaşma B) təşəkkür C) müraciət D) tanışlıq E) üzrxahlıq
82.Xudahafiz, əlvida, salamat qalın, sağ olun, Allah amanında, gecəniz xeyirə qalsın, xeyirə qarşı gedin, uğur olsun, yaxşı yol, görüşənə qədər ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) üzrxahlıq B) xudahafizləşmə C) salamlaşma D) tanışlıq E) təşəkkür
83.Sağ ol (sağ olun), təşəkkür edirəm, şad oldum, məmnun oldum, çox sevindim, Allah razı olsun ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) salamlaşma B) üzrxahlıq C) təşəkkür etmə D) tanışlıq E) xudahafizləşmə
84.Zəhmət olmasa, bağışlayın, üzr istəyirəm, narahat etdim, vaxtınızı aldım ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) xudahafizləşmə B) təşəkkür etmə C) tanışlıq
D) üzrxahlıq E) salamlaşma
85.Təbrik edirəm, gözünüz aydın, gözünüz aydın olsun, mübarəkdir, mübarək olsun ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) üzrxahlıq B) təşəkkür etmə C) salamlaşma D) tanışlıq E) təbrik etmə
86.Allah sizə kömək olsun! Yastığınız yüngül olsun! ifadələri Azərbaycan dili danışıq etiketinin hansı qrupuna daxildir?
A) alqış B) təşəkkür etmə C) təbrik etmə
D) xudahafizləşmə E) salamlaşma
Dostları ilə paylaş: |