Azərbaycan dili(rus bölməsi)

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 15.56 Kb.
tarix04.09.2018
ölçüsü15.56 Kb.

Azərbaycan dili(rus bölməsi)


Biri çoxmənalı söz deyil:

1.A)qol B)ağız C)sümük D)baş E)göz

2.A)boğaz B)ayaq C)pencək D)ətək E)diş

3.Hansı nitq etiketi mənasına görə digərlərindən fərqlidir?

A)Həmişə siz gələsiniz! B)Yolunuz açıq olsun! C)Gələn ayaqlarınız var olsun!

D)Xoş gəlmisiniz! E)Gözümüz üstündə yeriniz var!

4.Cümlələrdə nöqtələrin yerinə uyğun gələn fellərin düzgün ardıcıllığını müəyyən edin.

1.Kərim tez-tez dostu ilə ..........

2.Müəllim uşaqlara sərbəst mövzuda inşa .........

3.Uşaqlar üçün maraqlı kitablar........

A)yazışır,yazdırır,yazılır

B)yazdırır,yazılır,yazışır

C)yazılır,yazdırır,yazışır

D)yazışır,yazılır,yazdırır

E)yazdırır,yazışır,yazılır

5. Cümlələrdə nöqtələrin yerinə uyğun gələn fellərin düzgün ardıcıllığını müəyyən edin.

1.Anamın ürəyi sevincdən ......

2.Evin qapısı qəflətən .......

3.İdmançımız rəqibi ilə məharətlə .......

A)döyüldü,döyündü,döydü

B)döyüldü,döyüşdü,döyündü

C)döyüşdü,döyüldü,döydürdü

D)döyüldü,döydü,döyüşdü

E)döyündü,döyüldü,döyüşdü

6.Hansı söz –lar şəkilçisi qəbul etdikdə tələffüzü ilə yazılışı fərqlənmir:

A)qız B)metal C)meydan D)çinar E)saat

7. Hansı söz –lar şəkilçisi qəbul etdikdə tələffüzü ilə yazılışı fərqlənmir:

A)armud B)qadın C)vaqon D)qatar E)sual

8.Hansı sözdə nöqtələrin yerinə “a”yazılmalıdır?

A)pəhlə...van B)qəhr...man C)m...harət D)c...sus E)st...kan

9.”İstəyirdim .....,günahıma..... məni danlasın,..... o ,inadla susurdu “ cümləsindəki köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını göstərin :

A)ki,-can,bəlkə B)ki,görə,lakin C)də,qədər,lakin D)ancaq,kim,və E)lakin,görə,çünki

10.Nümunədə nöqtələrin yerinə hansı qoşma yazılmalıdır?

Tutdu qarışqa ...... qoşun hər yanı –

Dərəni,təpəni,düzü,ormanı (N.Gəncəvi)

A)-can B)-dək C)qədər D)ilə E)-tək

11. Nümunədə nöqtələrin yerinə hansı qoşmanı işlətmək olmur?

Gecələr sübhə.....yuxularında

Düşmənlə döyüşər,şəhid anası.

A)-cən B)-tək C)kimi D)-dək E)qədər

12.Biri ara söz kimi işlənə bilər:

A)deyinir B)görünür C)bilinir D)geyinir E)sevinir

13.Biri ara söz kimi işlənə bilməz:

A)müxtəsər B)görəsən C)eşidəsən

D)xülasə E)deyəsən

14.”Dan yeri sökülür......” cümləsi hansı cümlədən əvvəl gələ bilər?

A)qaranlıq düşürdü. B)göydə ulduzlar sayrışırdı.

C)hava işıqlaşırdı. D)şər qarışırdı. E)axşam düşürdü

15.I Astronomlar Yerə oxşar səma cisimlərini ekzotik planetlər (ekzoplanetlər) adlandırırlar.Dünyanın ən böyük kosmik tədqiqatlar mərkəzi olan NASA ekzoplanet axtarışı ilə bağlı layihə həyata keçirir. ......

A)Layihəyə 100-dən artıq tarixçi və ədəbiyyatşünas alim cəlb olunmuşdu.

B)Tədqiqatlar ən müasir tleskoplar vasitəsilə aparılır.

C)Teleskopa məşhur fizik və astronom Keplerin adı verilib

D)Bu kiçicik dəyişikliyi “duymaq”,qeydə almaq heç də asan deyil

E)Planetlər ulduzların qarşısından keçərkən onların üzünə kölgə salır.

16.”təkmilləşdirmək” sozünün tərcüməsini yazın.

17.”İt itin ayağını basmaz“ atalar sözünün tərcüməsini yazın.

18.Bu qala daşdı qala,

Çınqıllı,daşdı qala.

Qorxuram gəlmiyəsən,

Gözdərim yaşdı qala.

Tələffüz şəklində verilən sözləri seçib yazın.

___________________________________________________________________

20.Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümlə yazın.

___________________________________________________________________

21. Mübtədası isimləşən sifətlə ifadə olunan cümlə yazın.

___________________________________________________________________

22.Təyini sifətləşən isimlə ifadə olunan cümlə yazın.

___________________________________________________________________



23.Tabeli və tabesiz bağlayıcılara aid nümunə yazın.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə