Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aparılmış
bərpa-yenidənqurma işləri barədə
məlumat
Bina 1969-cu ildə inşa edilmişdir. 1988-ci ildə memar Sənan Salamzadənin layihəsinə əsasən yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatr sənətinin inkişafı barədə” 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən binada bərpa-yenidənqurma işlərinə başlanmış və 2009-cu ilin aprel ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təntənəli açılışı olmuşdur. Baş podratçı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “Yol Qurğularının İstismarı Müəssisəsi” MMC-nin 69 nömrəli Yol İstismarı müəssisəsidir.
Binanın daxilində ikinci mərtəbənin foyesi və tamaşaçı zalı rekonstruksiya edilmişdir. Səhnə yenidən qurulmuş, 4-cü mərtəbədə 2 məşq zalı, 5-ci mərtəbədə isə kiçik tamaşaçı zalı yaradılmışdır.
22 (o cümlədən 3 VİP) qrim otağı müasir tələblər səviyyəsində təmir olunmuş, teatrın mebel və avadanlıqları tamamilə yenisi ilə əvəz olunmuşdur.
Binanın fasadı dəyişdirilərək spayder sistemli şüşə ilə örtülmüş və axırıncı mərtəbədə şüşə örtüklü kafe yaradılmışdır. Xarici fasadda panoram lifti quraşdırılmış və fasadın gecə işıqlanma sistemi yaradılmışdır.
Zalın akustik sistemi, işıqlandırma, səhnə mexanikası, səhnə səs və işıqlandırma sistemləri, professional səs sistemi, səsyazma studiyası ən müasir tələblərə cavab verən yeni sistemlərdir.
Bina üçün ayrıca qazanxana tikilmiş, “Çiller” soyuducu maşınlar və mərkəzi kondisionerlər qurulmuşdur.
Binanın elektrik təchizatı üçün transformator yarımstansiyası və ehtiyat qida mənbəyi olan dizel qenerator stansiyası inşa edilərək, avadanlıqlarla təchiz edilmişdir.
Təmir-yenidənqurma işləri zamanı Almaniyanın, Türkiyənin, İtaliyanın,ABŞ-ın müxtəlif firmalarının avadanlıq və materiallarından istifadə olunmuşdur.
Gənc Tamaşaçılar Teatrının ətrafında 1700m2 sahə abadlaşdırılmışdır.
Dostları ilə paylaş: |