Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenidən qurulması


Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan bərpa və əsaslı təmir işlərinin vəziyyəti haqqında



Yüklə 69,48 Kb.
səhifə8/13
tarix05.01.2022
ölçüsü69,48 Kb.
#74659
1   ...   5   6   7   8   9   10   11   12   13
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan bərpa və əsaslı təmir işlərinin vəziyyəti haqqında

məlumat

R. Mustafayev adına Dövlət İncəsənət Muzeyi kompleksi üç binadan ibarət olacaqdır. Muzeydə əsaslı təmir işləri Niyazi küçəsi-11 və 9 ünvanında yerləşən iki bina və bu iki bina arasında tikintisi davam edən keçid korpusu ilə yekunlaşacaqdır.

Niyazi küçəsi-11 ünvanında yerləşən muzey binası 1885-1887-ci illərdə tikilmişdir. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata salınmışdır.

Uzun illər istismar olunmuş bina heç vaxt əsaslı təmir olunmamış və nəticədə məsul konstruksiyalar, əsas divarlar, kommunikasiya xətləri və sair elementlər keyfiyyətini itirmişdir. Eyni zamanda muzeyin vəziyyəti müasir tələblər səviyyəsindən fərqli dərəcədə geri qalırdı.

Niyazi küçəsi-11 ünvanda yerləşən binanın ümumi sahəsi zirzəmi daxil olmaqla 5189,0 m2- dır.

Nazirlər Kabinetinin 2006-cı il tarixli 8 fevral 25s saylı sərəncamına əsasən muzey kompleksində əsaslı təmir işləri başlanmışdır. Baş podratçı "Azəraqrartikinti” ASC-dir.

Hazırda davam edən yenidənqurma işlərinin 1-ci mərhələsi tam yekunlaşmışdır. Belə ki, zirzəmi və üç mərtəbədən ibarət, sahəsi 5189,0 m2 olan 11 saylı muzey binası tam əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Binanın 1-ci mərtəbəsində ekspozisiya zalları, fotolaboratoriya, sərgilərin təşkili şöbəsi, bələdçilər otağı və digər köməkçi xidmətlər yerləşir. 2- ci mərtəbə bütövlükdə ekspozisiya zallarından ibarətdir. 3- cü mərtəbədə ekspozisiya zalları, muzeyin inzibati sahəsi, çini məmulatlar, boyakarlıq, tikmə, qiymətli metal, qrafika şöbələri, kompüter zalı, kitabxana və sair texniki otaqlar yerləşir. Binanın zirzəmi hissəsi əsasən fondların saxlanması və xidməti otaqlar üçün nəzərdə tutulmuşdur.

Muzey kompleksinin ərazisində yeni transformator y/stansiyası, qazanxana, yanğınsöndürmə su anbarı, mərkəzi kondisionerləşmə, isitmə və soyutma sistemləri quraşdırılmışdır. Muzey binasında bakteroloji və məişət tozlarını təmizləmək üçün mərkəzləşmiş toz təmizləmə sistemi quraşdırılmışdır. Binada xaricdən və daxildən video müşahidə, eksponatların fərdi mühafizə sistemi, yanğından xəbərvermə sistemi, səsləndirmə və sair sistemlər quraşdırılmışdır. Ərazi tam abadlaşdırılmışdır.

Muzey binasını təchiz edən bütün avadanlıqlar, qurğular, cihazlar və sistemlər normalara uyğundur və qabaqcıl xarici ölkələrin istehsalı olaraq, avropa standartlarına tam cavab verir. Muzeyin Niyazi küçəsi -11 ünvanında yerləşən binasında əsaslı təmir işləri tam başa çatmış, 2009-cu il sentyabr ayının 25-də ölkə prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzey binasının açılışı olmuşdur.


Yüklə 69,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin