Bakı şəhərində Nizami kinoteatrının binasında müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri barədə
məlumat
Nizami kinoteatrının binası Azərbaycanın məşhur memarları M.Useynov və S. Dadaşovun layihələri əsasında 1934-40-cı illərdə tikilmişdir. İstismara verildikdən bu günə qədər heç vaxt əsaslı təmir olunmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamına uyğun olaraq 2008-ci ildən etibarən əsaslı təmir-tikinti işlərinə başlanılmışdır. Baş podratçı "Gilan İnşaat" MMC-dir.
Layihəyə əsasən yaradılacaq 4 kinozalda 808 tamaşaçı kreslosu quraşdırılacaqdır.
Müasir tələblərə cavab verən kino-teatrda Almaniyanın “Kinoton”, “ABD” firmasının avadanlıqları, kino və işıq sistemlərində, İngiltərənin “Martin Audio” markalı profesional avadanlıqları, səs sistemlərində Yaponiyanın “Sanyo” avadanlıqları, böyük zalda 5 dilə sinxron tərcümə sistemləri, bütün zallarda isə Video Proyektorlar nəzərə tutulmuşdur.
3D formatlı filmlərə xüsusi eynəklə baxmaq üçün rəqəmsal kino, həmçinin piratçılığa qarşı şifrələnmiş rəqəmsal kinokopiyanın peyk və ya sərt disk (HDD) vasitəsi ilə çatdırılması, yüksək keyfiyyətlə nümayiş etdirilməsi və bütün kinozalların bir məntəqədən idarə olunması nəzərdə tutulmuşdur. Binanın zirzəmi mərtəbəsi olmadığından kondisioner ventiliyasiya sistemlərinin avadanlıqları bina daxili müxtəlif mərtəbələrdə, çillerlər isə binanın damında yerləşdirilmişdir. Bu sistemlərdə quraşdırılması nəzərdə tutulan avadanlıqlar: kondisionerlər, fonkoyullar və çillerlər “Carrier” ABŞ istehsalı, nasoslar “WİLO” ventiliyatorlar “Sistemair”, qazanlar “WOLF” Almaniya istehsalıdır.
Binada su və qazla yanğınsöndürmə, xəbərvermə, tüstü sovurma, yanğın və tüstünün ilkin mərhələdə aşkar olunması, mühafizə siqnalizasiya yolları haqqında səsli xəbər vermə, yanğın hidrantları üçün 410m³ həcmində yeraltı su anbarı və nasosxana, 4 qrim otağı layihələndirilmişdir. Hal hazırda obyektdə işlər davam etdirilir.
Binanın 2011-ci ilin avqust ayında istismara verilməsi nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |