Azərbaycan Dövlət Kukla Teatrının binasında müasir tələblər
səviyyəsində bərpa-yenidənqurma işləri barədə
məlumat
Bina 1910-cu ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmişdir. 1923-cü ildən bina müxtəlif təyinatlar üçün, 1931-ci ildən isə kukla teatrı kimi istismar edilməyə başlamışdır.
Binada bərpa-yenidənqurma işləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən həyata keçirilmişdir. Baş podratçı "EMBAVVOOD İnşaat" MMC-dir.
Bərpa-yenidənqurma işləri 2007-ci ildə başlamış və həmin ilin dekabr ayında başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Kukla Teatrının təntənəli açılışı olmuşdur.
Burada səhnə mexanikası, səhnə səs və işıq sistemləri, professional səs sistemləri ən müasir tələblərə cavab verən avadanlıqlarla yenidən qurulmuşdur.Səhnə və 200 yerlik tamaşaçı zalı, həmçinin qrim otaqları tam təmir olunmuşdur. 2-ci mərtəbədə eyni zamanda kiçik tamaşaçı zalı kimi də fəaliyyət göstərə bilən məşq zalı yaradılmışdır.
Binanın damı yenidən qurulmuş, fasadı bərpa edilmişdir. Dənizin yaxınlığı nəzərə alınaraq kürsü hissəsi ağlay daşla üzlənmişdir. Kukla teatrının binasının fasadı xarici işıqlandırma ilə təmin olunmuşdur.
Binanın birinci mərtəbəsində Toğrul Nərimanbəyovun məşhur 260 m2 pannosu müəllifin özü tərəfindən bərpa olunmuşdur.
Bina ən müasir isitmə-soyutma sistemləri, müasir tələblərə cavab verən yanğınsöndürmə sistemi, siqnalizasiya sistemi və videomüşahidə sistemi ilə təmin olunmuşdur. İşməli su tələbatını və yanğınsöndürmə sistemini təmin etmək üçün ayrı-ayrı su hövzələri qurulmuşdur.
Binanın tarixi abidə olduğu nəzərə alınaraq bərpa-yenidənqurmə işləri zamanı tələb olunan qaydalara maksimum riayət olunmuşdur.
Dostları ilə paylaş: |